Bizi izləyin

Müsahibə

Rəşad Sadıqov: “Milliyə qayıdışım hazırda gündəmdə deyil”

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Azərbaycan Premy…

blank

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XXI turunda “Keşlə” ilə 1:1 hesablı heç-heçədən sonra jurnalistlərin suallarını cavablandırıb.

Futbolinfo.az xəbər verir ki, 36 yaşlı müdafiəçi oyun və milli komandalar barədə fikirlərini bölüşüb.

– Matçla bağlı nə deyə bilərsiniz?
– Oyunun ağır olacağı öncədən bilinirdi. Çünki “Keşlə” qış fasiləsindən sonra bütün rəqiblərinə ciddi müqavimət göstərir. Cəmi 2 oyundan məğlubiyyətlər vardı və 90-cı dəqiqədə qollar buraxmışdılar. Digər tərəfdən, uzun müddətdir komandamız bir yerdə deyildi. Hər zaman millinin toplanışlarından sonra bu cür problemlər yaşayırıq. İlk hissə bizim üçün çox ağır keçdi. Demək olar ki, heç nə alınmırdı. Amma fasilədən sonra toparlandıq və öz oyunumuzu oynamağa başladıq. Qolu da yaxşı vaxtda vurduq. Lakin təəssüflər olsun ki, bundan sonra fərqlənə bilmədik. Yetərincə qol imkanlarımız var idi. Rəqib də təhlükəli əks-hücumlara çıxırdı. “Keşlə” üçün maraqlı oyun oldu. Fikirləşirəm ki, bir xal da bir xaldır.

– Komanda yoldaşınız Maksim Medvedev bildirimişdi ki, Qurban Qurbanov millinin baş məşqçisi olduğu üçün rəqib futbolçular “Qarabağ”la oyunlarda özlərini ona göstərmək üçün daha əzmlə çıxış edirlər. Bu gün də “Keşlə”nin oyunçuları əvvəlkindən istəkli idilər. Bu fikirlə razısınız?
– Təbii ki, elədir. Millinin baş məşqçisinin qarşısında oynamaq hər bir futbolçu üçün stimuldur. Yığmanın son toplanışı üçün açıqlanan heyətdən hamı gördü ki, özünü yaxşı tərəfdən göstərənlər dəvət alacaqlar. Ona görə də hamı bundan istifadə etmək istəyir. Görürsən ki, motivasiya ilə oynayırlar.

– Maçtın gedişində sizin özünüzdə də aqressivlik hiss olunurdu. Bu, nə ilə bağlı idi?
– Məğlubiyyətlə əlaqədar idi. Oyun alınmırdı, uduzurduq. Belə hallarda həmişə bu cür olmuşam.

– Həttə oyundan sonra Pərdis Fərcad Azada əsəbləşdiniz…
– Əslində əsəbləşdim, amma bu, kobud formada deyildi. Millidə bir yerdə oynamışıq.

– Baş məşqçisi olduğunuz Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində iki oyun keçirdi. İrlandiya ilə səfər matçında rəqib qələbə qolunu 90+9-cu dəqiqədə vurdu. Niyə buna etiraz etmədiniz?
– Etiraz etməyin mənası yox idi. Məğlub olduğumuz üçün təəssüf hissi keçirirəm. Uşaqlar çox yaxşı oynamışdılar və ən azı bir xal götürməyə layiq idilər. Yaxşı əks-hücumlarımız oldu. Qol vurub, qələbə də qazana bilərdik. Təəssüf ki, alınmadı. Məni sevindirən odur ki, uşaqlar istək və inamla oynayırdılar. Rəqibin heyətində tanınmış futbolçular vardı. Lakin onlardan çəkinmirdilər, ürəklə oynayırdılar. Ən vacibi budur. Düşünürəm ki, qalan şeylər də düzələr.

– İrlandiya ilə görüşün əsas vaxtına niyə bu qədər əlavə olunmuşdu?
– Matça 5 dəqiqə əlavə olunmuşdu. Beşinci dəqiqənin başa çatmasına 20 saniyə qalmış Mahir Mədətov zədələndi, oyun təxminən 2 dəqiqə durdu. Bəlkə də Mahir yıxılmayıb dursaydı, hakim görüşü bitirəcəydi. Çünki top meydançanın rəqibə aid hissəsində idi. Sanki bu zədə hakim üçün vaxtı artırmaq üçün səbəb oldu. Bundan sonra istədiyi qədər uzada bilərdi. Sonradan da baxmışam, 20 saniyə qalmışdı. Amma biz təxminən 2 – 2,5 dəqiqə oynadıq. Əslində, təhlükəli epizod da yox idi. Topu soyuqqanlı şəkildə uzaqlaşdırdıq. Sadəcə olaraq, qayda pozuntusuna yol verdik. Qapımıza cərimə zərbəsi təyin olundu və rəqib də bundan istifadə etdi. Bütün oyun boyu də rəqib standart vəziyyətdən istifadə etməyə çalışırdı. Amma uşaqlar çox inamlı oynayırdılar. Düzdür, standart vəziyyətdən 2 qol buraxmışıq. Lakin uşaqlardan çox razı qaldım. Onların çıxışı məndə müsbət fikir oyadır.

– Əsas millidə görüləsi işlər daha çoxdur, yoxsa U-21-də?
– Çətin sualdır.  Bu gün işlər bütün millilərin düzəlməsi yönündə gedir. Ciddi, sistemli şəkildə iş getməlidir ki, yavaş-yavaş aşağıdan futbolçu çıxmağa başlasın. İstəyirik ki, milli səviyyəyə gələndə taktiki baxımdan savadlı olsunlar. Yığmaya gələn futbolçu 2 -3 gün ərzində matça çıxır. Bu cür işlər aşağı yaş qruplarından aparılır. Bir çox başqa ölkələrin millilərində bu cürdür. Kosovo yığması bizimlə oyun üçün iki gün məşq etmişdi. Amma meydançada Avropada yetişən futbolçuların hesabına oynayırdılar. Biz də çalışıb aşağı yaş qrupunda elə oyunçular yetişdirməliyik ki, əsas milliyə gələndə Qurban müəllimi yarı sözlə başa düşsünlər.

– Qurban Qurbanov bildiridi ki, lazım olsa, Rəşad Sadıqov milliyə qayıdacaq. Yəqin ki, son qərarı özünüz verəcəksiniz…
– Bu gün gündəmdə olan söhbət deyil. Yığma karyeramı bitirən zaman, hələ Qurban müəllimin baş məşqçi postuna təyinatından da öncə demişdim ki, milli karyeramı başa vururam. Hamı deyir ki, komandada stopper problemi yaşanır, yalnız Ruslan Abışovla Bədavi Hüseynov var. O zaman da demişdim ki, yaxşı formada olsam, hər zaman kömək etməyə hazıram. Mən o cümləni demişəm. Qurban müəllim də eyni cümləni deyib. Yəni, birdən lazım olaramsa, baş verə bilər. Amma hazırda gündəmdə deyil.

– Millətlər Liqasında vəziyyət pis olsa, qayıdacaqsınız?
– Vəziyyət pis olmasın, ehtiyac olsa, qayıda bilərəm. İnşallah, ehtiyac olmayacaq. Uşaqlar yaxşı formadadır. Oyundan-oyuna artırırlar. Bu, sevindirici amildir. Düzdür, matçlara az qalıb və bu müddət ərzində 2 – 3 yoldaşlıq görüşü olacaq. İlk matçımız Kosovoya qarşıdır. Finala bərabər oyun olacaq. Çünki son görüşümüz də onlarla səfərdə olacaq. Onlar evdə çox aqressiv və istəklidirlər. Heyətlərində Avropada çıxış edən təcrübəli futbolçular var. maksimum dərəcədə yaxşı hazırlaşmaq lazımdır. (Apasport)

Reklam

Reklam


blank
Digər idman növləri2024-04-23 14:02

“Medison Skver Qarden” ən sevimli arena seçildi

blank
Digər idman növləri2024-04-23 13:47

Azərbaycan çempionatında ilk finalçı məlum oldu

blank
Dünya futbolu2024-04-23 13:33

Pioli “İnter”in gücünü etiraf etdi

blank
Digər idman növləri2024-04-23 13:16

Nadalın oyunu tarixə düşəcək

blank
Dünya futbolu2024-04-23 13:01

Martines 2029-cu ilədək “İnter”də qalacaq

blank
Ölkə futbolu2024-04-23 12:48

Yapon futbolçu: “Avrokuboklara gedə bilərik”

blank
Ölkə futbolu2024-04-23 12:31

AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması

blank
Dünya futbolu2024-04-23 12:14

“Qəbələ”ni mübarizədən kənarlaşdırdılar, Avropanın ən güclüsü oldular

blank
Digər idman növləri2024-04-23 12:00

Ülviyyə Fətəliyevadan maksimum nəticə

blank
Ölkə futbolu2024-04-23 11:42

Amil yenə oynamayacaq

blank
Ölkə kuboku2024-04-23 11:25

“Qarabağ” – “Neftçi”: Biletlər bu gündən satışda olacaq

blank
Digər idman növləri2024-04-23 11:10

MBA-da seriyalarda fərq artdı

blank
Digər idman növləri2024-04-23 10:52

Cokoviç “Laureus” mükafatına layiq görüldü

blank
Dünya futbolu2024-04-23 10:34

İnzaqi Mourinyonu ötdü, ikisi qaldı

blank
Milli komanda2024-04-23 10:17

U-17-nin ilk oyunu

blank
Digər2024-04-23 10:00

MİSLİ ilə qazan!

blank
Digər idman növləri2024-04-23 09:45

Azərbaycan çempionatının qalibi müəyyənləşir

blank
Dünya futbolu2024-04-23 09:30

Gürcüstan ÇL-in finalına ev sahibliyi etmək istəyir

blank
I Liqa2024-04-23 08:52

“Karvan” növbəti oyuna hazırlaşır

blank
Ölkə futbolu2024-04-23 08:35

II Liqada 24-cü turun oyun cədvəli bəlli oldu

blank
Digər idman növləri2024-04-23 08:17

Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər

blank
Ölkə futbolu2024-04-23 08:00

“Səbail” “Sabah”a uduzsa…

blank
Dünya futbolu2024-04-23 01:26

“Sevilya”dan çətin qələbə

blank
Dünya futbolu2024-04-23 01:14

“İnter” – çempion!

blank
Dünya futbolu2024-04-23 00:15

Diniyevlə Şeydayev Türkiyədə qarşılaşdılar

blank
Dünya futbolu2024-04-23 00:04

“Fənərbaxça” “Sivasspor”la matçda xal itirdi

blank
Digər idman növləri2024-04-22 23:13

MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib

blank
Digər idman növləri2024-04-22 23:00

Azərbaycanın üç boksçusu AÇ-də günü qələbə ilə başa vurdu

blank
Digər idman növləri2024-04-22 22:36

AÇ: Azərbaycan paraüzgüçüsü gümüş medal qazandı

blank
Digər idman növləri2024-04-22 21:43

Azərbaycan komandası dünya birinciliyində çıxışını başa vurub

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm