Bizi izləyin

Ölkə futbolu

Heç-heçələr günündə Maksimov təkqapı oynadı: "Məni aldatdılar"

Topaz Premyer Liqasında uzunmüddətli fasilə heç-he&cced…

blank
Topaz Premyer Liqasında uzunmüddətli fasilə heç-heçələrlə bitdi. 3-cü dövrənin son turunun ilk 2 oyununda üz-üzə gələn komandalar xalları bərabər böldü. O da var ki, son 2 pillənin sahibləri liderləri büdrətdi.
 
“Zirə” Gəncədə “Kəpəz”in müqavimətini qıra bilmədi. Meydan sahiblərinin daha yaxşı oynadığı matçda, qonaqların uğursuzluq zolağından çıxmadığı da aydınlaşdı. 2018-də qələbə üzü görməyən “qartallar” sanki ənənəvi oyununu da itirib. Xüsusilə qışda transfer edilən futbolçular ümumi ansambla uyğunlaşa bilmir. Baş məşqçi Ayxan Abbasovun fasilə dövründə də bu problem yoluna qoymağı bacarmaması gələcək üçün ciddi siqnaldı.
 
“Qarabağ”ın xal itkisi daha gözlənilməz oldu. Lider öz meydanında oynadığından, “Keşlə” ilə görüşdə aşkar favorit sayılırdı. Matçın gedişində də ağdamlılar bir baş üstün görünürdü. Zədəli Yakub Jezniçakın və cəzalı Elvin Yunuszadənin yoxluğunda Qara Qarayevi müdafiənin sağ cinahına çəkən Qurban Qurbanov Pedro Enrike və Riçard Almeydaya da start heyətdə güvənməmişdi. Lakin Əfran İsmayılovla Rahid Əmirquliyevin formada olmadığını görmək üçün bir hissə bəs etdi. Epizodların birində Əfranın hamını, hətta özünü də aldadıb topu boş qapıya vura bilməməsi isə gülüş gününə əla ərməğan oldu.
 
İkinci yarıya əvəzləmələrlə başlayan Qurbanov məğlubiyyətdən qaça bildi. İlk yarıda Slavik Alxasovun qol vurduğu qapının torunu bu dəfə Almeyda silkələdi. İlk yarıda zədələnib əvəzlənən Kamran Ağayev, ikinci yarıda dalaşıb meydandan qovulan Sezar Meza Kolli və Coşqun Diniyev oyuna “rəng qatan” adamlar oldu.
 
Həmin Sezar fasiləyədək Rəşad Sadıqovun da sarı vərəqə almasına səbəbkar olmuşdu. Meydan sahiblərinin kapitanı bir neçə dəfə aşkar kobudluq edən, aqressiv oynayan paraqvaylıya nümayişkaranə şəkildə təpik vurmuşdu.
 
Bu matçın gedişində hər şey oldu. Oyunsonrası mətbuat konfransı da istisna deyildi. “Keşlə”nin baş məşqçisi Yuri Maksimov elə tikanlı sözlər söylədi ki, yəqin klub rəhbərliyinə müalicə üçün vaxt lazım olacaq. Liderlərdən “Qarabağ” və “Qəbələ”yə uduzmayan, “Zirə”ni səfərdə yenən komandanın baş məşqçisi nəticələrdən razı görünürdü.
 
Maksimova haqq vermək olar. O, sınıq-sökük heyətlə “Keşlə”yə normal futbol oynadır və komandada məşqçi işi görünür. Ukraynalı cavanlarla 2 güclü heyəti olan “Qarabağ”la heç-heçə etməyi qələbəyə bərabər hesab edəndə də öz işini gözə soxmağa çalışırdı: “Turnir cədvəlinin lideri ilə aşağı pillələrdə qərarlaşan komanda üz-üzə gəldilər. Oyun maraqlı alındı. Təxminən 60 dəqiqə yaxşı oynadıq. Biz əvəzetmə edəndə meydana yaxınlara kimi əvəzedicilərdə oynayan gəncləri buraxırdıq. “Qarabağ”da isə təcrübəli oyunçular meydana çıxırdı. Buna görə heç-heçəni yaxşı nəticə hesab edirəm”.
 
Maksimov hər suala cavabda rəhbərliyin qapısından “top keçirirdi”. O, transferlərin bərbad alınmasında, qışda gələn əcnəbilərin ehtiyatda qalmasında günahının olmadığını bildirməklə faktiki rəhbərliyi nişan verirdi. Yaxşı oyunçunun meydanda olacağını deməsinin başqa səbəbi yox idi: “Məni düzgün başa düşün. Güclü futbolçu 4 aya müqaviləyə və bizim təklif etdiyimiz məbləğə gəlməz. Büdcə çərçivəsində hərəkət etmişik. Buna görə transfer etdiyimiz futbolçulara irad bildirə bilmərəm”.
 
Maksimovun bir suala cavabı düzgün tərcümə edilmədi. Halbuki o, həmin açıqlama ilə klubun Müşahidə Şurasının sədri Zaur Axundovu yalançılıqda, onu aldatmaqda ifşa etmişdi. Məşqçi heyəti qışda niyə lazımınca gücləndirə bilmədikləri barədə suala təxminən belə cavab verdi: “Mən müqavilə bağlayana kimi fərqli büdcədən söhbət gedirdi. Anlaşmaya imza atdım və ardınca bəlli oldu ki, transferlərə vəd ediləndən 10 dəfə az vəsait sərf olunacaq. Məni aldatdılar, bu büdcə ilə isə daha səviyyəli oyunçu almaq mümkün deyildi. Hər dəfə ruhdan düşmək, getmək istəyirsən, amma müqaviləm bitənə kimi vəziyyətlə barışmalıyam. Əlimizdə olan materialla maksimuma nail olmağa çalışıram”.
 
…Turun 2 oyunu heş-heçə bitdi, Maksimov isə Axundovun qapısına cavabsız qollar vurdu…
 
FƏRİD
Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-15 14:52

İcraiyyə Komitəsi nəyi gözləyir?

blank
Digər idman növləri2024-04-15 14:37

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-15 14:20

Monte-Karlo turnirinin reytinqə təsiri

blank
Ölkə futbolu2024-04-15 14:03

“Səbail”də islahatlar olacaq

blank
Milli komanda2024-04-15 13:48

İspaniyada oynayan 8 azərbaycanlı futbolçu milliyə çağırıldı

blank
Ölkə futbolu2024-04-15 13:31

Heydər Əliyev Fondu Vadim Vasilyevin müalicəsini öz üzərinə götürdü

blank
Digər idman növləri2024-04-15 13:14

Azərbaycan cüdoçularından Avropa Kubokunda 2 medal

blank
Ölkə futbolu2024-04-15 12:59

Azərbaycanın ev sahibi olacağı mötəbər tədbir bu stadionda keçiriləcək

blank
Digər idman növləri2024-04-15 12:44

Litvalı atlet 38 illik rekordu yenilədi

blank
Digər idman növləri2024-04-15 12:29

Azərbaycan gimnastlarından beynəlxalq turnirdə 7 qızıl medal

blank
Digər idman növləri2024-04-15 12:11

Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib

blank
Digər2024-04-15 11:54

WADA 19 apreli dünyada Ədalətli İdman Günü elan edib

blank
Digər idman növləri2024-04-15 11:39

MBA-da çempionat bitdi, bütün cütlüklər məlum oldu

blank
Ölkə futbolu2024-04-15 11:29

“Qarabağ”ın seriyası qırıldı, avrokubok mübarizəsi qızışdı

blank
Dünya futbolu2024-04-15 11:20

Çempionluq görüşündə ilk het-trik

blank
Dünya futbolu2024-04-15 11:03

“Liverpul” üçün uğursuz seriya

blank
Ölkə futbolu2024-04-15 10:48

Rahil cəzalandı, komandası qalib gəldi

blank
Digər idman növləri2024-04-15 10:34

Abasovun növbəti sınağı

blank
Ölkə futbolu2024-04-15 10:17

“Qarabağ” üçün daha iki potensial rəqib

blank
Ölkə futbolu2024-04-15 10:03

Musanın oynamamasının səbəbi – baş məşqçi açıqladı

blank
Ölkə futbolu2024-04-15 09:47

Musasız qələbə

blank
Layihə2024-04-15 09:30

Səhər idmanı: aktiv həyat tərzi üçün

blank
Dünya futbolu2024-04-15 09:11

“Vest Hem” məşqçisin dəyişmək istəyir

blank
Digər idman növləri2024-04-15 08:45

Nicatdan növbəti heç-heçə

blank
Ölkə futbolu2024-04-15 08:00

Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı

blank
Dünya futbolu2024-04-15 02:08

“Sevilya”dan səfərdə inamlı qələbə

blank
Dünya futbolu2024-04-15 01:55

“İnter” və “Napoli”dən xal itkisi

blank
Dünya futbolu2024-04-15 01:38

“Brest” Liondan xalsız qayıtdı

blank
Dünya futbolu2024-04-15 01:19

“Liverpul” da uduzdu, “Arsenal” da

blank
Dünya futbolu2024-04-15 01:02

Həsənalızadənin komandası evdə xal itirdi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm