Dünya futbolu
Dadaşovun vurduğu qol xal üçün yetərli olmadı
Futbol üzrə Almaniyanın Şimal-Şərq Regional Liqasında 27-ci…
Futbol üzrə Almaniyanın Şimal-Şərq Regional Liqasında 27-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Dinamo” (Berlin) də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Moyzelvits”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Rüfət də bu oyunun iştirakçısı olub. Start heyətdə meydana çıxan Dadaşov sonadək oynayıb. Komandasının yeganə qolunu da futbolçumuz vurub. Belə ki, o, 40-cı dəqiqədə hesabı 1:1 edib. Lakin bu görüşdə sarı vərəqə də alan millimizin sabiq üzvü fasilədə əvəzlənib.
Rüfət bu görüşdə fərqlənməklə həm də cari mövsümdə vurduğu qolların sayını 22-yə çatdırıb.
"Dinamo" hazırda 46 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.