Dünya futbolu
Ayaz Quliyev oynamadı, komandası ÇSKA-ya uduzdu
Futbol üzrə Rusiya Premyer Liqasında 24-cü turun oyunları…
Futbol üzrə Rusiya Premyer Liqasında 24-cü turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Rostov” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda Moskva ÇSKA-sı ilə qarşılaşıb. Quliyevin komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Ayaz bu görüşün iştirakçısı olmayıb. O, qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
“Rostov” geridə qalan turlarda topladığı 27 xalla 16 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.