Bizi izləyin

Müsahibə

PFL divizionla əvəzediciləri birləşdirir

Yığmanın son yoxlama görüşlərini izləyənlər arasınd…

blank

Yığmanın son yoxlama görüşlərini izləyənlər arasında PFL prezidenti Ramin Musayev də var idi. Ramin bəy Bakıda baş tutan Belarusla qarşılamanın ardından Antalyaya yollanaraq Makedoniya ilə görüşə də canlı baxmağı lazım bilmişdi. Bəs görəsən, PFL prezidenti simasını dəyişmiş yığma haqda nə düşünür? Bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün dünən Musayevlə danışmağı lazım bildik.

– Qurban Qurbanovun rəhbərlik etdiyi milli son iki qarşılaşmada necə təsir bağışladı? PFL prezidenti kimi meydanda gördüklərinizdən razı qaldız?
– Bu görüşlərdə ən çox diqqəti çəkən məqam yığmaya yeni oyunçuların dəvət olunması oldu. Bəlkə də məhz bu səbəbdən Belarusla matçda bəzi futbolçularda həyəcan hiss olunurdu. Ancaq ikinci görüşdə oyunçular artıq özlərinə gəlmişdilər. Meydanda tam sərbəst hərəkət edir, inamlı şəkildə mübarizə aparırdılar. Mənə elə gəlir, Makedoniya ilə oyunda qeydə alınan nəticədən razı qalmaq olar.

– Sözlərinizdən belə başa düşdüm ki, Qurban bəyin baş məşqçisi olduğu millinin gələcəkdə uğur qazanacağına inanırsız.
– Qurban müəllimin məşqçi kimi özünü təsdiq etməsinə ehtiyac yoxdu. O “Qarabağ”da gördüyü işlərlə sözünü deyib. Biz bu gün hamılıqla yığmaya kömək etməliyik. Bu işdə hamı – futbol təsərrüfatına rəhbərlik edən şəxslərdən tutmuş, klubların aşağı yaş qruplarında çalışan məşqçilərə kimi maraqlı olmalıdı. Belə nüansları nəzərə alıb növbəti mövsümdən reqlamentdə dəyişiklik etmək fikrimiz var. Həm U-21-ə, həm də əsas komandaya dəstək olmaq üçün əvəzedici komandaların 2018/19 “futbol ili”ndən birinci divizionda çıxış etməsini düşünürük. Bu məsələ ilə bağlı yaxın vaxtlarda AFFA prezidenti Rövnəq Abdullayevlə görüşüb fikrimi söyləyəcəm. Pis çıxmasın, burda gizlədiləsi heç nə yoxdu, aşağı dəstədən gözlədiyimizi ala bilmədik. Heç bir qara əməllərdə adı hallanmayan, ölkə futboluna xoş niyyətlə qulluq edən komandaları saxlayıb, qalanlarını çıxdaş edəcəyik. Əvəzində qeyd etdiyim kimi, əvəzedici kollektivlər aşağı dəstədə mübarizə aparacaqlar.

– Qeyd etdiyiniz məsələ Klublar Komitəsinin son toplantısında da müzakirəyə çıxarılmışdı. İclasda çıxış edən klub rəsmiləri bunun çox çətin prosedur olduğunu söylədilər. Sizcə, premyer-liqa klubları bu təklifinizi dəstəkləyəcək?
– Hansı klubların ki, büdcəsi buna imkan verəcək, onların əvəzedici komandası aşağı dəstədə çıxış edəcək. İmkanı olmayanlar isə əvəzedicilərə xərclədiyi pulu qoy aşağı yaş qruplarına sərf etsinlər. Uşaq futbolu inkişaf etməlidi ki, gələcəkdə müxtəlif yaş qrupları üzrə yığmalar əziyyət çəkməsinlər. Etiraf edək ki, aşağıdan yuxarıya istedadlı futbolçu ya gəlmir, ya da onların sayı bir əldə olan barmaq qədər azdı. Əsas milli iki hücumçunun ümidinə qalıb. Onlarla rəqabət apara biləcək oyunçu olmadığından, həmin forvardlarda da arxayınlıq yaranır. Sadaladığım bu səbəblərdən reqlamentdə dəyişiklik etməyin zamanı yetişib. Kim ki bizimlə razılaşmayacaq, əvəzedicilərinə Region Liqasında mübarizə aparmasına şərait yaradar. Biz bütün bunları ölkə futbolunun inkişafı naminə edirik. Bildiyiniz kimi, yanvarda hakimlərin Antalyadakı təlim-məşq toplanışını yaxından izləmək üçün Türkiyəyə yollanmışdım. Həmin vaxt orda aşağı yaş qrupları üzrə iki millimiz də toplanış keçirdi. Həmin komandaların hazırlığını izləyərkən məşqçilərin necə əziyyət çəkdiyini gördüm. Bizim uşaqlar türkiyəli həmyaşıdlarından geri qalırlar. Ümid edirəm ki, birinci dəstədə, daha təcrübəli oyunçularla bir çempionatda mübarizə aparmaq yeniyetmə və gənclərimizə çox şey verəcək.

– Cari mövsümdən Region Liqası da yaradılıb. Yeni turnirdə iştirak edən komandaların 2018/19 “futbol ili”ndə birinci dəstədə çıxış etmək perspektivi necə görünür?
– Birinci diviziona gəlmək istəyən komanda doğrudan da sırf təmiz futbol naminə çempionata qatılmaq niyyəti güdərsə, heç bir problemlə üzləşməyəcəklər. Biz buna ancaq sevinə bilərik.

– Məndə olan məlumata görə, Antalyaya son səfərinizdə türk dünyasının fəxri olan məşhur hakim Cüneyt Çakırla görüşüb xeyli söhbət etmisiz. Sirr deyilsə, nəyi müzakirə etdiz, hansı mövzuda fikir mübadiləsi apardız?
– İlk dəfə Cüneyt bəylə görüşürdüm. Elə ilk dəfədən də məndə ona böyük simpatiya yarandı. Bizim xalqa, insanlarımıza necə böyük hörmət bəslədiyini ilk kəlmələrdən duymaq çətin olmadı. O məndən bizim hakimləri, o cümlədən Ömər Paşayevi soruşdu. Ömərin martın 27-də Alaniyada oyun idarə edəcəyini bildirib ona uğurlar arzuladı. 6-7 il öncə mən Türkiyə Futbol Federasiyasının rəhbərliyi ilə görüşüb bəzi məsələlər barədə söhbət etmişdim. Təəssüf ki, planlarımız həyata keçmədi. Söhbət türk futbolçuların Azərbaycanda, bizimkilərin isə qardaş ölkədə legioner statusu olmadan top qovmasından gedir. Ancaq qarşı tərəf bizim bu istəyimizə razılıq vermədi. Çakırla söhbətdə isə hakimlik məsələsinə toxunduq. Ona dedim ki, ikitərəfli geniş görüş keçirək və razılıq əldə olunarsa, ildə bir neçə dəfə türk hakimlər bizim premyer-liqada, bizim referilər isə superliqada matç idarə etsinlər. Bir növ təcrübə mübadiləsi olsun. Burda söhbət öz hakimlərimizə inamsızlıqdan, məsul oyunlarda onlara güvənməməyimizdən getmir. Heç qonorar söhbəti də aktual deyil. Sadəcə, istəyirik ki, ədalət təmsilçilərimiz də inkişaf etsin, aralarında sağlam rəqabət yaşansın. Desinlər ki, niyə filan hakim superliqada oyun idarə etdi, mən kənarda qaldım? Özünü orda görmək istəyən referi də çalışacaq ki, premyer-liqada idarə etdiyi oyunlarda yüksək qiymət alsın ki, sabah onu da bu layihə çərçivəsində qardaş ölkəyə yollayaq. Bu həm də hakimlərimizin ölkədən kənarda tanınmasına xidmət edə bilər. Cüneyt bəy bu işdə böyük məmnuniyyətlə yardımçı olacağını bildirdi. Ondan başqa Makedoniya ilə oyundan öncə Türkiyə Hakimlər Komitəsinin sədri Yusuf Namoğlu ilə görüşdüm. Onunla da bu mövzuda söhbət etdik. Ümumiyyətlə, yığmanın yoxlama görüşünə türk hakimlər geniş tərkibdə gəlmişdi. Bu yeni sistemin sınaqdan keçirilməsi ilə bağlı idi. Sözsüz ki, qarşı tərəf AFFA rəhbərliyindən və Qurban müəllimdən icazəli şəkildə bunu həyata keçirmişdi. Biz də öz növbəmizdə VAR sistemi ilə maraqlandıq, müsbət və mənfi cəhətlərini öyrəndik. Yusuf bəy hakimlərin təcrübə mübadiləsi ilə bağlı məsələni gələcəkdə görüşüb müzakirə etməli olduğumuzu bildirid. Həmin vaxt az olduğundan geniş müzakirələr apara bilmədik. Yəqin ki, gələcəkdə bu görüş baş tutacaq.

– Bu layihə növbəti mövsüm üçün nəzərdə tutulub? Bir də Yusuf Namoğlu ilə görüş nə vaxta planlaşdırılıb?
– Mən onları bizim kubokun final oyununa dəvət etdim. Çakır böyük məmnuniyyətlə gəlmək istədiyini bildirdi. Ancaq bildiyiniz kimi, Cüneyt bəy bu yay Rusiyada təşkil olunacaq mundiala yollancaq hakimlər arasındadı. Onlar üçün isə mayda təlim-məşq toplanışı təşkil olunub. Bu üzdən tanınmış referi Azərbaycana gələ bilməyəcək. Ancaq onu da bildirdi ki, dünya çempionatından sonra nə vaxt istəsəz, Azərbaycana səfər edib çempionat oyunlarını izləyə bilər. Hətta “istəsəz, premyer-liqa matçını da idarə edə bilərəm” deməyi də unutmadı. Sözün həqiqi mənasında böyük insandı. Onun bizim hakimlərlə maraqlanması, onların idarə etdiyi oyunlarda yaşananları yada salması Azərbaycan barədə çox yüksək fikirlər səsləndirib, xoş sözlər deməsi mənə çox xoş gəldi. Hiss olundu ki, o bizim çempionatı izləyir. Hakim kimi başqa, insan kimi də çox xoş sözlərə layiqdi. İkitərəfli görüşə gəlincə, inşallah, yaxın vaxtlarda bu görüş baş tutacaq.

– Yanvarda Antalyada jurnalistlərlə görüşünüz zamanı birinci divizionda yaşanan neqativ hallara toxunaraq, iki komandanın uzaqlaşdırılması perspektivinə toxunmuşduz. Ancaq bu yöndə heç bir addım atılmadı. Hazırda vəziyyət necədi? Araşdırmalar, hüquq-mühafizə orqanları ilə işibirliyiniz davam edirmi?
– Birinci divizionda təmizlik işlərinə start vermək, əvəzedici komandaların aşağı dəstədə iştirakını təmin etmək məsələsi hələ yanvardan fikrimdən keçirdi. Sadəcə, həmin vaxt bu haqda açıqlama vermədim ki, çempionat davam edir. Ancaq bu əvvəl-axır olmalıdı və olacaq da. Buna heç kimin şübhəsi olmasın. Bizə təmiz futbol lazımdı və bu yolda olanlara yardım edib, pis niyyətlə bu sahəyə baş vuranlara isə qapını göstərəcəyik. Araşdırmalara gəlincə, bu davam edir və nəticələrini mövsümün sonunda görəcəksiz. (Futbol+)

Reklam

Reklam


blank
Digər idman növləri2024-04-23 14:02

“Medison Skver Qarden” ən sevimli arena seçildi

blank
Digər idman növləri2024-04-23 13:47

Azərbaycan çempionatında ilk finalçı məlum oldu

blank
Dünya futbolu2024-04-23 13:33

Pioli “İnter”in gücünü etiraf etdi

blank
Digər idman növləri2024-04-23 13:16

Nadalın oyunu tarixə düşəcək

blank
Dünya futbolu2024-04-23 13:01

Martines 2029-cu ilədək “İnter”də qalacaq

blank
Ölkə futbolu2024-04-23 12:48

Yapon futbolçu: “Avrokuboklara gedə bilərik”

blank
Ölkə futbolu2024-04-23 12:31

AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması

blank
Dünya futbolu2024-04-23 12:14

“Qəbələ”ni mübarizədən kənarlaşdırdılar, Avropanın ən güclüsü oldular

blank
Digər idman növləri2024-04-23 12:00

Ülviyyə Fətəliyevadan maksimum nəticə

blank
Ölkə futbolu2024-04-23 11:42

Amil yenə oynamayacaq

blank
Ölkə kuboku2024-04-23 11:25

“Qarabağ” – “Neftçi”: Biletlər bu gündən satışda olacaq

blank
Digər idman növləri2024-04-23 11:10

MBA-da seriyalarda fərq artdı

blank
Digər idman növləri2024-04-23 10:52

Cokoviç “Laureus” mükafatına layiq görüldü

blank
Dünya futbolu2024-04-23 10:34

İnzaqi Mourinyonu ötdü, ikisi qaldı

blank
Milli komanda2024-04-23 10:17

U-17-nin ilk oyunu

blank
Digər2024-04-23 10:00

MİSLİ ilə qazan!

blank
Digər idman növləri2024-04-23 09:45

Azərbaycan çempionatının qalibi müəyyənləşir

blank
Dünya futbolu2024-04-23 09:30

Gürcüstan ÇL-in finalına ev sahibliyi etmək istəyir

blank
I Liqa2024-04-23 08:52

“Karvan” növbəti oyuna hazırlaşır

blank
Ölkə futbolu2024-04-23 08:35

II Liqada 24-cü turun oyun cədvəli bəlli oldu

blank
Digər idman növləri2024-04-23 08:17

Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər

blank
Ölkə futbolu2024-04-23 08:00

“Səbail” “Sabah”a uduzsa…

blank
Dünya futbolu2024-04-23 01:26

“Sevilya”dan çətin qələbə

blank
Dünya futbolu2024-04-23 01:14

“İnter” – çempion!

blank
Dünya futbolu2024-04-23 00:15

Diniyevlə Şeydayev Türkiyədə qarşılaşdılar

blank
Dünya futbolu2024-04-23 00:04

“Fənərbaxça” “Sivasspor”la matçda xal itirdi

blank
Digər idman növləri2024-04-22 23:13

MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib

blank
Digər idman növləri2024-04-22 23:00

Azərbaycanın üç boksçusu AÇ-də günü qələbə ilə başa vurdu

blank
Digər idman növləri2024-04-22 22:36

AÇ: Azərbaycan paraüzgüçüsü gümüş medal qazandı

blank
Digər idman növləri2024-04-22 21:43

Azərbaycan komandası dünya birinciliyində çıxışını başa vurub

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm