Milli komanda
Millimizin UEFA İnkişaf turniri üçün heyəti açıqlandı
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması apre…
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması aprelin 9-dan 16-dək Bosniya və Herseqovinada təşkil olunacaq UEFA İnkişaf turnirində iştirak edəcək.
Futbolinfo.az xəbər verir ki, turnirə hazırlıq məqsədilə komanda aprelin 3-dən 8-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.
Yığmamızın oyunlarının təqvimini və komandanın heyətini diqqətinizə çatdırırıq:
11 aprel. Saat 10:30
Azərbaycan – Makedoniya
13 aprel. Saat 14:00
Xorvatiya – Azərbaycan
15 aprel. Saat 10:30
Azərbaycan – Bosniya və Herseqovina
Oyunların başlama saatı yerli vaxtla göstərilib.
Millimizin toplanışına dəvət olunan futbolçular bunlardı:
1. Vüsal Şabanov – Qəbələ
2. Məhəmməd Əhmədov – Vətən
3. Müşviq Nadirov – Qəbələ
4. Mahir Həsənov – Neftçi
5. Ramin Məhərrəmov – Keşlə
6. Nemət Şıxəmirov – Qəbələ
7. Nemət Musayev – Kəpəz
8. Emil Bayramov – BRW – Sport (Ukrayna)
9. Rüfət Əhmədov – Qəbələ
10. Abubəkir İbrahimov – Mahaçqala (Rusiya)
11. Nika Baçaliaşvili – Qəbələ
12. Fərid Yusifli – Neftçi
13. Fərid Muxtarov – Keşlə
14. Veysəl Rzayev – Qəbələ
15. İbrahim Novruzov – Keşlə
16. Samir Abdullayev – Keşlə
17. Samir Məhərrəmli – Qəbələ
18. Rauf Məhərrəmov – Qəbələ
19. Eldar Quliyev – Şaxtyor (Ukrayna)
20. Tuqay Əlizadə – Şaxtyor (Ukrayna)
21. Musa Qurbanlı – Qarabağ
22. Cəlal Cəbrayılov – Sumqayıt
23. Valeh Qəhramanlı – Neftçi
24. Cavidan Abbaszadə – Sumqayıt
Səfərə 20 futbolçu aparılacaq. Bu isə o deməkdi ki, Bakıdakı toplanışın sonunda 4 futbolçu düşərgəni tərk etməli olacaq.