Premyer-liqa
“Qarabağ”da ciddi itki – 1 ay oynamayacaq
“Qarabağ” ciddi itki ilə üzləşib.
Futbolinfo.a…
“Qarabağ” ciddi itki ilə üzləşib.
Futbolinfo.az xəbər verir ki, klubdan qol.az-a verilən məlumata görə, Ağdam təmsilçisinin müdafiəçisi Yakub Jezniçak zədələnib.
Milli komandaların oyunları ilə bağlı Topaz Premyer Liqada yaranmış fasilə zamanı zədə alan polşalı futbolçunun təxminən 1 ay yaşıl meydanlardan kənarda qalacağı məlum olub.
Qeyd edək ki, əzələsində problem olan Jezniçakın adı dünən "Keşlə" ilə keçirilən oyunun iştirak ərizəsinə salınmamışdı.