Dünya futbolu
ÇL: “Real”la “Bavariya”dan səfər qələbəsi
Futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhəl…
Futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
Turində İtaliya və İspaniya çempionları – “Yuventus”la Madrid “Real”ı üz-üzə gəlib. ÇL-in ötən mövsümünün finalçılarının dueli böyük maraqla gözlənilirdi. Qarşılaşma Madrid təmsilçisinin üstünlüyü şəraitində keçib. "Real" səfərdə 3 cavabsız qolla qalib gəlməklə demək olar ki, yarımfinala vəsiqəni elə ilk oyundaca həll edib.
Almaniya çempionu “Bavariya” isə səfərdə İspaniya təmsilçisi “Sevilya”nın qonağı olub. Qarşılaşmada hesabı meydan sahibləri açıblar. Amma sonda sevinən tərəf almanlar olublar. Ardıcıl iki qol vuran "Bavariya" cavab matçı öncəsi üstünlüyü ələ keçirib.
UEFA Çempionlar Liqası
1/4 finalın ilk oyunları
3 aprel
“Yuventus” (İtaliya) – “Real” (İspaniya) 0:3
Qol: Kristiano Ronaldo, 3; 64. Marselo, 72.
“Sevilya” (İspaniya) – “Bavariya” (Almaniya) 1:2
Qol: Pablo Sarabia, 32 – Xesus Navas, 37-avtoqol. Tyaqo Alkantara, 68.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı