Dünya futbolu
“Traktorsazi” ÇL-də 3-cü məğlubiyyətini aldı
Futbol üzrə Asiya Çempionlar Liqasında qrup mərhələsi…
Futbol üzrə Asiya Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turunun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktorsazi” də bu turnirdə növbəti matçına çıxıb. Türkiyəli mütəxəssis Ərtoğrul Sağlamın çalışdırdığı Təbriz klubu bu dəfə səfərdə Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Əhli” ilə üz-üzə gəlib. Təbrizlilər bu görüşdən məğlubiyyətlə ayrılıblar – 0:2.
Xatırladaq ki, “Traktorsazi” bu rəqibə qarşı ilk turda doğma meydanda keçirdiyi oyunda da 0:1 hesabıyla uduzmuşdu. Ümumiyyətlə, Təbriz klubu keçirdiyi beş oyundan cəmi ikisində heç-heçə edib, qalan üç matçda isə məğlubiyyətlə üzləşib.
A qrupunda yer alan “Traktorsazi” hazırda 2 xalla sonuncudu. Təbriz təmsilçisi son matçını aprelin 17-də doğma meydanda Qətərin “Əl-Qarafa” klubuna qarşı keçirəcək.