Dünya futbolu
İspaniyalı baş məşqçisi “Olimpiakos”u tərk etdi
Yunanıstanın “Olimpiakos” klubunun baş məşqçis…
Yunanıstanın “Olimpiakos” klubunun baş məşqçisi Oskar Qarsiya istefa verib.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. İspaniyalı mütəxəssis vida açıqlamasında bildirib ki, mövsümün sonuna gözləmədən istefa verməklə yeni gələcək baş məşqçiyə növbəti mövsümə daha yaxşı hazırlaşmaq şansı qazandırmaq istəyib.
Qeyd edək ki, Yunanıstanda mövsümün başa çatmasına 4 tur qalıb. Komanda hazırda 51 xalla 3-cü pillədə qərarlaşıb və lider AEK-dən 9 xal geri qalır.
44 yaşlı mütəxəssis “Olimpiakos”u bu ilin yanvar ayından çalışdırırdı.