Dünya futbolu
Avropa Liqasında qonaqlar üçün qara gün
Futbol üzrə Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyun…
Futbol üzrə Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, turnirin əsas favoritlərindən hesab edilən London “Arsenal”ı öz meydanında Rusiyanın ÇSKA (Moskva) klubunu qəbul edib. Doğma meydanda böyük hesabla qalib gələn London klubu demək olar ki, yarımfinala vəsiqəni böyük ölçüdə həll edib.
Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda mübarizə aparmış “Atletiko” Madriddə “Sportinq”lə qarşılaşacaq. Madrid təmsilçisi Portuqaliya klubunu doğma meydanda iki cavabsız qolla məğlub edib.
“Zalsburq” səfərdə “Latsio”nun qonağı olub. 6 qolun qeydə alındığı qarşılaşmada İtaliya təmsilçisi qələbə qazanan tərəf olub. "Zalsburq"un heyətində ilk qolu isə UEFA Millətlər Liqasında millimizin rəqiblərindən olan Kosovo yığmasının üzvü Valon Berişa vurub.
Daha bir görüş isə Almaniyada yerli “Leyptsiq”lə Marsel “Olimpik”i arasında baş tutub. Bu oyunda da meydan sahibləri minimal hesabla üstün olublar.
Avropa Liqası
1/4 finalın ilk oyunları
5 aprel
“Arsenal” (İngiltərə) – ÇSKA (Moskva, Rusiya) 4:1
Qol: Remzi, 9; 28. Lakazett, 23-pen; 35 – Qolovin, 15.
“Atletiko” (İspaniya) – “Sportinq” (Portuqaliya) 2:0
Qol: Koke, 1. Qrizmann, 40.
“Latsio” (İtaliya) – “Zalsburq” (Avstriya) 4:2
Qol: Luliç, 8. Parolo, 49. Anderson, 74. İmmobile, 76 – Berişa, 30-pen. Minamino, 71.
“Leyptsiq” (Almaniya) – “Olimpik” (Marsel, Fransa) 1:0
Qol: Verner, 45.