Dünya futbolu
Nəbiyev Gürcüstanda ilk qolunu vurdu
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin &uum…
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Fərid Nəbiyev Gürcüstanın “Şevardeni” komandasında növbəti oyununa çıxıb.
Futbolinfo.az xəbər verir ki, Gürcüstan 1-ci liqasının 5-ci turunda “Merani”ni qəbul edən həmyerlimizin komandası matçdan 2:1 hesablı qələbə ilə ayrılıb. Fərid qarşılaşmanın 24-cü dəqiqəsində hesabı açaraq, komandasının qələbəsinə töhfə verib. Bu, həmyerlimizin qonşu ölkədə vurduğu ilk qoldu.
5 turdan sonra hesabında 7 xal olan “Şevardeni” 10 komanda arasında 6-cı pillədə qərarlaşıb.