Dünya futbolu
Alleqri gedir, Ançelotti gəlir
İtaliya çempionu “Yuventus”un baş məşqçi…
İtaliya çempionu “Yuventus”un baş məşqçisi Massimiliano Alleqrinin mövsümün sonunda Turin klubunu tərk edəcəyini xəbər vermişdik.
Futbolinfo.az xəbər verir ki, artıq onu bu postda kimin əvəz edəcəyi ilə bağlı xəbərlər yayılmağa başlayıb. İtaliyanın nüfuzlu “Corriere dello Sport” nəşrinin iddiasına görə, Alleqrinin gedişindən sonra “Yuventus”u Karlo Ançelotti çalışdıracaq.
Turin klubunun namizədlər siyahısında başqa mütəxəssislərin də olduğu bildirilir. Məsələ burasındadı ki, “Bavariya”dan ayrılandan sonra xeyli müddətdi pauza götürən Ançelotti “Yuventus”la bağlı suala cavabında “keçmişə qayıtmaq istəmədiyini” söyləyib. Bununla da o, vaxtilə çalışdırdığı klublara yenidən dönmək fikrində olmadığını bəyan edib.
Xatırladaq ki, Ançelotti “Yuventus” və “Bavariya”dan əlavə, “Milan”, “Çelsi”, PSJ və “Real” klublarını da çalışdırıb.