Dünya futbolu
Dadaşov 3-cü Bundesliqa klubunda – FOTO
Futbol üzrə Azərbaycan millisinin sabiq hücumçusu R…
Futbol üzrə Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov növbəti mövsümdən Almaniya 3-cü Bundesliqasında çıxış edəcək.
Futbolinfo.az xəbər verir ki, hazırda Almaniyanın Şimal-Şərq Regional Liqasında mübarizə aparan “Dinamo”da (Berlin) top qovan 26 yaşlı hücumçu, növbəti mövsümdən 3-cü Bundesliqada çıxış edən “Proyssen” (Münster) klubunun şərəfini qoruyacaq. Bu barədə məlumatı Münster təmsilçisinin mətbuat xidməti yayıb. Klub millimizin forvardı ilə 2 illik müqavilə bağlayıb. Dadaşov yeni komandasına bu mövsüm başa çatdıqdan sonra qoşulacaq.
Xatırladaq ki, Dadaşov cari mövsümdə “Dinamo”nun heyətində keçirdiyi 24 oyunda 23 qola imza atıb. O, Almaniyanın regional liqaları üzrə ən məhsuldar futbolçudu.
2013-cü ildə Azərbaycan millisinə cəlb olunan Rüfət, yığmamızda keçirdiyi 16 oyunda 4 qola imza atıb. Dadaşov millimizin sabiq baş məşqçisi Berti Foqts ayrıldıqdan sonra yığmaya dəvət almayıb. Hücumçu yığmamızın heyətində sonuncu dəfə AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində baş tutmuş İtaliya ilə səfər oyununda (1:2) şans qazanıb.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…