Milli komanda
Millilərimizin oyununda 3 qol
17 və 16 yaşadək futbolçulardan ibarət yığma komandaları…
17 və 16 yaşadək futbolçulardan ibarət yığma komandalarımız yoxlama oyununda üz-üzə gəliblər.
Futbolinfo.az xəbər verir ki, İsmət Qayıbov adına təlim-məşq bazasında keçirilən oyun U-16-nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
U-16-nın qollarını Fərrux Fərzəliyev və Kamal Kazımov vurub. 17 yaşadək futbolçulardan ibarət yığma komandamızdan isə Nemət Musayev fərqlənib.