Premyer-liqa
“Neftçi”nin “Sumqayıt”la 24-cü dueli
"Neftçi” aprelin 8-də Topaz Premyer Liqasının 22-…
"Neftçi” aprelin 8-də Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində "Sumqayıt”la görüşəcək.
Futbolinfo.az xəbər verir ki, 8-ci km stadionunda keçiriləcək oyun saat 18:30-da start götürəcək. Bakılılar "Gənclik şəhəri” təmsilçisi ilə indiyədək 23 çempionat oyununda qarşılaşıb. Bunlardan 12-də qalib gələn “ağ-qaralar” 9-da məğlub olub. Cəmi 2 oyunda heç-heçə qeydə alınıb. Top fərqində də "Neftçi” üstündü – 37:28.
“Neftçi” bu mövsüm ilk ev oyununda qələbə qazanıb. Paytaxt klubunun ötən il oktyabrın 29-da 2:1 hesabı ilə qalib gəldiyi görüşdə qollara Mirabdulla Abbasov və Rəhman Hacıyev imza atıblar.