Dünya futbolu
“Bavariya” çempion! – VİDEOLAR
Futbol üzrə Almaniya Bundesliqasında 29-cu tura start verilib.&…
Futbol üzrə Almaniya Bundesliqasında 29-cu tura start verilib.
Futbolinfo.az xəbər verir ki, turun əksər oyunları şənbə günü baş tutub.
Lider “Bavariya” “Auqsburq”un qonağı olub. Yupp Haynkesin yetirmələri səfərdə 4:1 hesabıyla qalib gələrək, mövsümün bitiminə 5 tur qalmış çempionluğunu rəsmiləşdirib. Münhen təmsilçisi ardıcıl 6-cı, ümumilikdə isə 28-ci çempionluğunu qazanıb.
“Bavariya”nın əsas izləyicisi “Şalke” isə səfərdə “Hamburq”a məğlub olub.
Almaniya Bundesliqası
29-cu tur
6 aprel
Hannover – Verder 2:1
Qol: Harnik, 17. Klaus, 42 – Belfodil, 74.
7 aprel
Köln – Maynts 1:1
Qol: Hektor, 7 – De Blasis, 50.
Auqsburq – Bavariya 1:4
Qol: Şüle, 18-avtoqol – Tolisso, 32. Xames Rodriqes, 38. Robben, 62. Vaqner, 87.
Borussiya (Münhenqladbax) – Herta 2:1
Qol: Hazard, 75; 79-pen – Kalu, 40.
Frayburq – Volfsburq 0:2
Qol: Villiam, 2. Didavi, 84.
Hamburq – Şalke 3:2
Qol: Kostiç, 17. Holtbi, 52. Hant, 84 – Naldo, 9. Burqştaller, 63.
8 aprel
17:30 Borussiya (Dortmund) – Ştutqart
20:00 Ayntraxt – Hoffenhaym
9 aprel
22:30 Leyptsiq – Bayer
–
–