Dünya futbolu
“Traktorsazi” yenə qələbə qazana bilmədi
Futbol üzrə İran çempionatında 27-ci turun oyunları ke…
Futbol üzrə İran çempionatında 27-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Təbrizin “Traktorsazi” klubu evdə “Sepahan” ilə qarşılaşıb. Bundan öncəki son 3 turda qələbə qazana bilməyən “al qurdlar”, yenə 3 xala həsrət qalıblar. Ərtuğrul Sağlamın yetirmələri ilk hissənin son dəqiqəsində hesabı açsa da, qələbə hesabını matçın sonuna kimi qoruyub saxlaya bilməyib. İkinci hissədə bərabərlik qolunu vuran qonaqlar Təbrizdən bir xalla ayrılmağa nail olublar – 1:1.
Xatırladaq ki, bir gün öncə Cənubi Azərbaycanın digər təmsilçisi “Göstəriş” səfərdə “İstiqlal” üzərində qələbəyə sevinmişdi – 2:1.
“Göstəriş” hazırda 34 xalla 16 klub arasında 9-cu, “Traktorsazi” isə 30 xalla 10-cu pillədə qərarlaşıb.