Dünya futbolu
Mahmudov “Bavariya”ya qarşı 19 dəqiqə oynadı
Almaniyanın “Ayntraxt” klubunun U-19 kollektivi gənclər…
Almaniyanın “Ayntraxt” klubunun U-19 kollektivi gənclər arasında təşkil olunan Bundesliqanın cənub zonasında növbəti matçına çıxıb.
Futbolinfo.az xəbər verir ki, frankfurtlular 22-ci tur çərçivəsində doğma meydanda “Bavariya” ilə qarşılaşıb. Matç “Ayntraxt”ın məğlubiyyəti ilə başa çatıb – 0:2.
“Ayntraxt”dan intizamsızlığına görə kənarlaşdırılan Renat Dadaşov artıq komandasına kömək etmir. Frankfurt klubunda çıxış edən digər futbolçumuz Murad Mahmudov isə görüşün 71-ci dəqiqəsində meydana buraxılıb.
Keçirdiyi 21 matçdan sonra aktivində 23 xal olan “Ayntraxt” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.