Dünya futbolu
“Qarabağ”dan Avstriyada növbəti qələbə
Futbol üzrə Avstriyanın Şərq Regional Liqasında 20-ci turdan…
Futbol üzrə Avstriyanın Şərq Regional Liqasında 20-ci turdan təxirə salınmış oyunlar keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular Dmitri Nağıyev, Elvin Bədəlov və Emil Fərzəliyevin formasını geyindiyi Vyana “Qarabağ”ı da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “ASK-BSC Bruck/Leitha” ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan qələbə ilə ayrılıb – 4:1.
Futbolçularımıza gəlincə, Emillə Dmitri bu görüşün iştirakçısı olmayıb. Elvin isə start heyətdə meydana və sonadək oynayıb.
“Qarabağ” hazırda 34 xalla 17 komanda arasında 7-ci pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi