Ölkə futbolu
6 ay sonra üzə çıxan təyinat – Məmmədov “Neftçi”də imiş
Mövsüm sona yaxınlaşdıqca klublar avrokuboklarda ev oyunl…
Mövsüm sona yaxınlaşdıqca klublar avrokuboklarda ev oyunlarını keçirəcəkləri stadionları müəyyənləşdirməyə başlayıblar.
Futbolinfo.az “Apasport”a istinadən xəbər verir ki, “Qəbələ”nin yeni mövsüm üçün fərqli məkan – “Dalğa Arena”nı seçməsinin səbəbi 8-ci km stadionunda görüləcək təmir işləridi.
Demək olar ki, hər il təmirə bağlanması ilə diqqət çəkən arenanın mayda yenidən azarkeşlərin üzünə qapadılması və növbəti ay hazır olması gözlənilir. Qəsəbə stadionunda görüləcək işləri araşdırarkən maraqlı məqamlar üzə çıxdı. Sən demə, arenada direktor dəyişikliyi baş verib.
Bu isə stadionun əvvəlki direktoru Tələt Məmmədovla əlaqə saxladığımız zaman məlum oldu. O, stadionla heç bir bağlılığının qalmadığını vurğuladı. Çoxları bundan bixəbər olduğundan, yeni direktorun kimliyini müəyyənləşdirmək bir qədər zaman aldı. Nəhayət, Kənan Minayevin bu vəzifəyə gətirildiyini öyrəndik.
Səbəbkarın özü ilə əlaqə saxladığımız zaman isə Minayevin əslində indi deyil, 6 ay əvvəl stadion meneceri kimi fəaliyyətə başladığı üzə çıxdı.
O, bundan əvvəl “Neftçi”də və 8-ci km stadionunda fərqli vəzifədə çalışıb. Minayevin sələfi Tələt Məmmədov isə “Neftçi”nin infrastruktur üzrə direktoru təyin edilib.
Əslində, arena paytaxt klubunun idarəçiliyində olduğundan, bu dəyişikliklər normal haldı. Ancaq işin qəribə tərəfi bunun 6 ay sonra üzə çıxmasıdı.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…