Dünya futbolu
Nəsirov “Sportinq”ə yenə lazım olmadı
Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda) 33-cü t…
Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda) 33-cü turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Famalikan” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Nəsirov bu matçın iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
"Sportinq" hazırda 33 xalla 20 klub arasında 18-ci pillədə qərarlaşıb.