Dünya futbolu
Foqts Dadaşov haqda: Daha yüksək liqada asanlıqla oynayar
Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqts ke&cce…
Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqts keçmiş yetirməsi Rüfət Dadaşovun 3-cw Bundesliqa klubu “Proyssen”lə müqavilə imzalamasına münasibət bildirib.
Futbolinfo.az xəbər verir ki, “Bild” nəşrinə danışan Foqts bu keçidi hər iki tərəf üçün böyük şans hesab edir.
2008-2014-cü illərdə yığmamızın “sükanı arxası”nda olmuş və həmin dövrdə Dadaşova 16 matçda şans vermiş 72 yaşlı mütəxəssis hücumçunun daha yüksək liqalarda oynaya biləcəyini düşünür: “Mən Rüfət Dadaşovun 3-cü Bundesliqaya, “Proyssen”ə transfer olunacağını gözləmirdim. Rüfət yaxşı oğlandı və daha yüksək liqalarda asanlıqla oynaya biləcək səviyyədədi. “Proyssen” onu almaqla böyük “ov yaxaladı”.
Hazırda zədədən əziyyət çəkən 26 yaşlı forvard özü isə “Dinamo”nu bu şəkildə tərk etmək istəmir. O, mövsümün sonuna qədər sağalacağına inanır: “Berlin klubundakı sonluğumun belə olacağını təsəvvür etmirdim. Amma iyunun 30-da “Proyssen”ə qoşulana qədər meydana qayıda bilərəm”.
Qeyd edək ki, Rüfət Dadaşov “Proyssen”lə 2 illik müqavilə imzalayıb. (Apasport)
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…