Ölkə futbolu
Fariz Nəcəfov: “Həmin oyunun nəticəsi heç nəyi həll etməsə…”
“Qarabağ”la son tur matçının Bakıda keçi…
“Qarabağ”la son tur matçının Bakıda keçirilməsi ilə bağlı bizə heç bir rəsmi məktub daxil olmayıb”.
Futbolinfo.az xəbər verir ki, bu sözləri “Apasport”a açıqlamasında “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov deyib.
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Topaz Premyer Liqasında sonuncu turun “Qəbələ” – “Qarabağ” görüşünün Bakıda – “Azərsun Arena”da keçirilməsi ideyası ilə çıxış etmişdi. O, bunu medalçıları paytaxtda mükafatlandırmaq istəyi ilə əlaqələndirmişdi.
Nəcəfov isə bununla bağlı kluba rəsmi müraciət edilmədiyini vurğulayıb. O, turnir cədvəlindəki vəziyyətin qərarlarına təsir edəcəyini söyləyib: “Ramin müəllimlə şifahi danışığımız olub. Amma hələ müzakirə edilməyib. Danışığımız belə oldu ki, əgər “Qarabağ”la həmin oyunun nəticəsi heç nəyi həll etməsə, o zaman bu barədə söhbət etmək olar. Açığı, belə bir qərarı tək verə də bilmərəm. Klubun prezidentinin fikri önəmlidi. PFL-dən rəsmi məktub gəlmədiyindən, klub prezidenti ilə də bu məsələ barədə danışmamışam”.
Qeyd edək ki, “Qəbələ” – “Qarabağ” oyunu mayın 20-də keçiriləcək. Hazırda 45 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan və ən yaxın izləyicisini 6 xal qabaqlayan “Qəbələ” artıq növbəti turda gümüş medalı təmin edə bilər.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı