Dünya futbolu
Nəbiyev Gürcüstanda növbəti matçına çıxdı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin &uum…
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Fərid Nəbiyev Gürcüstanın “Şevardeni” komandasında növbəti oyununa çıxıb.
Futbolinfo.az xəbər verir ki, Gürcüstan 2-ci liqasının 9-cu turunda doğma meydanda Tiflis “Qaqra”sı ilə qarşılaşan həmyerlimizin komandası bu matçdan heç-heçə ilə ayrılıb – 2:2.
Fərid də bu qarşılaşmanın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.
Qeyd edək ki, geridə qalan turlarda 6 oyunda forma şansı qazanan Fərid indiyə qədər 2 qol vurub, 2 məhsuldar ötürmənin müəllifi olub.
9 turdan sonra hesabında 12 xal olan “Şevardeni” 10 komanda arasında 7-ci pillədə qərarlaşıb.