Ölkə futbolu
İlk yarımfinalçı bəlli oldu
Bu gün futzal üzrə ölkə kubokunda 1/4 final mərhəl?…
Bu gün futzal üzrə ölkə kubokunda 1/4 final mərhələsinin bir oyunu keçirilib.
Futbolinfo.az xəbər verir ki, ilk oyunda iki Birinci Divizion təmsilçisi – “Hell Energy” və ADBTİA üz-üzə gəlib.
Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol vurublar. Bu üzdən də qalibi müəyyənləşirmək üçün əlavə vaxta ehtiyac duyulub. Amma əlavə vaxtda da qalib müəyyənləşməyib. Bu üzdən ilk yarımfinalçı penalti seriyasında müəyyənləşib. Hər iki zərbəni dəqiq yerinə yetirən "Hell Energy" cütün qalibi olub.
Azərbaycan Kuboku
1/4 final
30 aprel
“Hell Energy” – ADBTİA 1:1 (penaltilər 2:0)
Qol: Əbdül Əliyev, 32:20 – Vüqar Həsənov, 35:03.
Hakimlər: Elçin Səmədli, Yusif Nurullayev, Ramil Namazov.
Olimpik Star. Saat 20:00.