Bizi izləyin

Ölkə futbolu

Vasitəyə çevrilən “Kəpəz”, tora düşmədiyi üçün sevilməyən “Xəzər”

“Payız-yaz” sistemi ilə keçirilən milli ç…

blank
“Payız-yaz” sistemi ilə keçirilən milli çempionatlarda mövsüm başa çatır. Hamı çempionları, mükafatçıları, qitə kuboklarına gedənləri müəyyənləşdirdiyi bir vaxtda, eyni zamanda elitanı tərk edənlər, aşağı diviziondan yüksələnlər də dəqiqləşir. Hamısında reqlament bəllidi və hamı yeni mövsümdə harada olacağını nəticəsi ilə müəyyən edir.
 
Azərbaycan istisna ölkələrdəndi ki, burada yarış iştirakçıları idman prinsipləri ilə seçilmir. Kiminsə, nəyinsə xatirinə yarışda saxlanılanlar, qovulanlar, irəli çəkilənlər olur. Necə ki, indi də “Kəpəz” üçün eyni ssenarini planlayırlar. Gəncədə yeni nəslin yetişməsi üçün heç nə etməyənlər, kənar rayonlardan, paytaxtdan, ölkə xaricindən gətirilən futbolçularla komanda quranlar indi “Gəncə futbolu” markasına sığınıb bəhanə axtarırlar.
 
Əslində, bölgə futbolunun inkişafı naminə bu addım başadüşüləndi. Amma açıqlamalar qeyri-səmimi, atılan addımlar sünidisə, bu perspektivə qol qoymaq istəmirsən. Çünki elə həmin “Kəpəz”in Gəncə futbolunun dirçəlməsinə yaxından-uzaqdan dəxli yoxdu. Paytaxtda məskunlaşan, ev oyunlarına qonaqlardan da sonra yollanan gəncəlilər heç Nizami yurdunda doğma qarşılanmır.
 
Bəs, sonuncu pilləni tutan “Kəpəz”in qorunması kimə lazımdı? Bu komanda niyə idman nəticələrinin yekunu olaraq, diviziona düşməməlidi?
 
Təbii ki, burada maraqlı olanlar var. Vaxtilə Mikayıl Nərimanoğlunun sayəsində fırıldaqçılıqla məşğul olanlar, AFFA-dan ayrılan büdcədən oğurluq edənlər yenə eyni həvəsdədi. Sadəcə, adlar dəyişib – ifşa olunan Nərimanoğlunu indi İslam Abbasov əvəzləyib.
 
Bundan başqa, Gəncə stadionunun təmiri adı ilə 3 xərcləyib, 5 yeyənlər doymaq bilmir. İndi həmin şəxslər qazonun saxlanılmasına görə ayrılan vəsaiti cibdən-cibə ötürməklə məşğuldu. SOCAR-ın pulunu bu şəkildə talayanlar üçün “Kəpəz” sadəcə, vasitədi, futbolun inkişafı, bölgələrin qayğısına qalmaq cəhdi yox…
 
Büdcəni talamaqdansa, “Kəpəz”i diviziona göndərmək daha məntiqlidi. İndi 1,5 milyon manat ayrılan komanda aşağı dəstədə AFFA-dan maliyyələşən digər komandalar kimi, 300 minlə kifayətlənər və maliyyəyə ciddi qənaət olunar. AFFA-nın həqiqətən Gəncə futboluna ürəyi yanırsa, yerdə qalan 1,2 milyonla uşaq futbolunun inkişafı üçün daha yaxşı şərait qurular, klubun infrastrukturu yenilənər, növbəti mövsümdə elitaya qayıdan komanda indiki kimi rəzil durumda olmaz, həqiqətən Gəncənin adına layiq kluba çevrilər.
 
Divizion klublarına stimul olması üçün də elita iştirakçılarının idman nəticələrinə görə müəyyənləşməsi vacibdi. “Kəpəz” sonuncu yeri tutaraq Premyer Liqada qalacaqsa və onu divizionun ən yaxşısı əvəzləməyəcəksə, bu yarış kimə lazımdı? Həmişə eyni komandalar mübarizə aparacaqsa, kiminsə elitadan düşmək qorxusu olmayacaqsa, futbolçular mübarizə üçün başqa stimullar tapacaq. Divizionda kütləvi qumar oyunları, matçların “stavka”ya qoyulması elə bunun nəticəsi deyilmi? Bəlkə elə həmin “Kəpəz” Premyer Liqada istənilən halda qalacağını bildiyindən oyunlarını qumara qoyub, bilərəkdən uduzub?
 
“Kəpəz”in elitada qalmasına o zaman göz yummaq olardı ki, onların yerinə iddiaçı olmasın, AFFA say düzəltmək xatirinə bu addımı atsın. Lakin fakt odur ki, indi “Xəzər”in timsalında iddialı debütant var. Həm də bu komanda da bölgə təmsilçisi olmağa, Qubanı futbol elitasında təmsil etməyə hazırlaşır. Bir bölgəni digər bölgənin təmsilçisi əvəz edəcəksə, burada pis nə var ki?
 
“Xəzər”in SOCAR-ın pulunu yeməyəcəyini, müstəqil iş adamlarının, futbola sərmayə qoymaq istəyən şəxslərin səxavətinə güvəndiyini də unutmaq olmaz. Kəlməbaşı “futbola pul qoymaq istəyən yoxdu” deyən AFFA rəhbəliyi bunun əksini görəndə, niyə pafoslu açıqlamalarını unudur?
 
Bəlkə də “Xəzər”in sənədlərində hansısa kiçik çatışmazlıq var. Çünki Azərbaycanda ideal klub mümkünsüzdü. Amma yiyəsinə görə “Səbail”in eyiblərinə göz yumanlar, qazanc mənbəyi olduğu üçün “Kəpəz”in hələ də mövcud olan çatışmazlıqlarını görməzdən gələnlər, bir əmrlə həvəskar “Araz Naxçıvan”a qucaq açanlar, sonuncu pilləni tutanda min bəhanə ilə “Sumqayıt”ı bağrına basanlar niyə “Xəzər”ə qarşı belə aqressivdi? Rəhbərliyi baş katib Elxan Məmmədova baş əymədiyi, monopoliyaya girmədiyi üçün?
 
Rəsmi açıqlama yoxdu, amma artıq təbliğat başlanıb. Gəncə futbolunun tarixi ənənələrini əlində bayraq edənlər diviziondan “Xəzər”dən başqa heç bir klubun lisenziya tələblərini yerinə yetirə bilməməsindən faydalanmaq istəyir. Guya ki, 10-cu komanda olmadığından say dəyişməsi məqbul bilinmir. Halbuki elə bu problemi yoluna qoymaq üçün “Rəvan”a güzəşt edilmiş, klub lisenziya tələblərini yerinə yetirmədən elitaya buraxılmışdı. Və bunu Elxan Məmmədov AFFA-nın konfransında rəsmən bəyan etmişdi. İndi də “Turan Tovuz”, hər cür infrastruktura malik “Şüvəlan”ın eyiblərinə göz yummaq olar.
 
Say dəyişməyəcəksə, “Kəpəz” yarışı tərk etməli, onu “Xəzər” əvəzləməlidi. İkincisi, “Kəpəz” ölkə futboluna bu qədər lazımdısa, 9 komandalı çempionat təşkil edilsin. Hazırda Maltanın timsalında tək saylı (15) komanda ilə çempionat keçirən var. Elə Azərbaycanda da vaxtilə belə yarışlar, 11, 13 komandalı çempionatlar çox olub, “Araz Naxçıvan” çempionata tüpürüb gedəndə də eyni hal təkrarlanıb. Belədisə, nəyə görə 9 komandalı yarışdan imtina edək? Təki peşəkar klublar, onların səxavətli rəhbərliyi olsun, Qubanın sayəsində daha bir bölgəmiz futbolsuz qalmasın.
 
Hazırda klubların qarşısına atılan lisenziya oyunu, əslində, monopoliya torudu. AFFA-ya baş əyənlər yaşayır, qalanları kənarda saxlanılır. İndiki proseslər də buna – “Xəzər”in himayədarlarının bezdirilməsinə, küsdürülməsinə hesablanıb. Debütant qısa müddətdə böyük işlər görüb: həm nəticələr, həm təşkilatlanma göz önündədi. Əslində, AFFA rəhbərliyinə sual vermək lazımdı: SOCAR-dan maliyyələşən klublar nəyə görə Premyer Liqaya yüksəlmək üçün lisenziya tələblərini yerinə yetirə bilmir? Klublar minimal şərtləri yerinə yetirə, peşəkarlaşa bilmirsə, AFFA yüzminləri nəyə görə havaya sovurur?
 
Premyer Liqada 3 müstəqil klub var və son illər avrokuboklarda ən yaxşı nəticəni də onlar göstərib, indi də ən yüksək pillələrdə qərarlaşırlar. “Xəzər”in elitaya gəlməsi ilə AFFA-nın, deməli, həm də Elxan Məmmədovun nəzarət etmədiyi komandaların sayı artacaq. Onların nəticələri isə baş katibin yanlış siyasətini ortaya çıxarır. Yoxsa AFFA-da bundan ehtiyatlandıqları üçün müstəqil klublara belə əngəl yaradırlar?
 
Bu gün Klublar Komitəsində, daha sonra da İcraiyyə Komitəsinin iclasında AFFA-nın planlarının ilkin cizgiləri bəlli olacaq. Halbuki indiyədək reqlament çoxdan bəlli olmalı, komandalar yeni mövsüm üçün planlarını cızmalıydı. Lakin AFFA öz “kruq”unu müəyyənləşdirməkdə, monopoliyanı əldə saxlamaqda israrlıdı.
 
O da var ki, AFFA komanda sayını artırmağa məhkumdu. Elxan Məmmədovun şəriklərinin maliyyələşdirdiyi “Sabah”ın sıradan çıxması onların planlarını pozub. Məlum rəhbər dəyişikliyindən sonra Mikayıl Cabbarovun nəzarətindən çıxan klub daha Təhsil Nazirliyindən ciddi dəstək almır. Əks halda, bu komanda da Premyer Liqa üçün hazırlanırdı. Çünki UEFA-dan AFFA-ya komanda sayının artırılması ilə bağlı xəbərdarlıq gəlib. Ali futbol qurumu 8 komandası olan Azərbaycana avrokuboklarda 4 yer vermək istəmir. Təcili islahat aparılmasa, say artırılmasa, təmsilçiliyimiz üçə enə bilər.
 
CAVAD
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-16 14:36

Olimpiadaya lisenziya qazanan yığmamız Vətənə dönüb

blank
Dünya futbolu2024-04-16 14:25

Dünya çempionu vəfat etdi

blank
Dünya futbolu2024-04-16 14:14

Musa Qurbanlı “Yurqorden”in U-21 komandasında qol vurdu

blank
Milli komanda2024-04-16 14:03

Millimizin Monteneqrodakı toplanışı üçün 20 oyunçu

blank
Milli komanda2024-04-16 13:52

Millimiz bu gün növbəti yoldaşlıq oyununu keçirəcək

blank
Ölkə futbolu2024-04-16 13:41

“Zirə”də oynamış futbolçu 35 yaşında vəfat etdi

blank
Dünya futbolu2024-04-16 13:30

Dadaşov üçün mövsüm erkən bitdi

blank
Ölkə futbolu2024-04-16 13:19

AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir

blank
Digər idman növləri2024-04-16 13:01

Makron Olimpiada üçün seçim edir

blank
Digər idman növləri2024-04-16 12:44

Sinner Madriddə oynayacağını təsdiq etdi

blank
Ölkə futbolu2024-04-16 12:27

Rəhbərsiz “Neftci”: qeyri-müəyyənlik davam edir

blank
Digər idman növləri2024-04-16 12:09

Nadal 680 gündən sonra yenidən kortda

blank
Digər idman növləri2024-04-16 11:55

Kanadalı hokkeyçi 21-ci əsrdə ilkə imza atdı

blank
Dünya futbolu2024-04-16 11:40

Zidan Riberi ilə birlikdə qayıdır

blank
Digər idman növləri2024-04-16 11:25

MBA-da rekord nəticə

blank
Digər idman növləri2024-04-16 11:10

ABŞ millisinin heyəti elan edildi

blank
Dünya futbolu2024-04-16 10:55

Ronaldo cəzalanacaq

blank
Digər idman növləri2024-04-16 10:38

İddiaçılar Turniri: Abasov yenə uduzdu

blank
Dünya futbolu2024-04-16 10:19

Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşir

blank
Digər2024-04-16 10:00

MİSLİ ilə qazan!

blank
I Liqa2024-04-16 09:45

“Mingəçevir” növbəti oyuna hazırlaşır – VİDEO

blank
Digər idman növləri2024-04-16 09:27

“Göyçay kuboku”nu sumqayıtlılar qazandı

blank
Ölkə futbolu2024-04-16 09:10

Lunyov “Qarabağ”dan ayrıla bilər

blank
Digər idman növləri2024-04-16 08:51

Atası Mariyanın yığmamızda çıxış etməsini istəyirmiş

blank
Ölkə futbolu2024-04-16 08:34

“Zirə” – Avropada 8-ci komanda

blank
Dünya futbolu2024-04-16 08:17

Hüseynovlu “Arda” “Ludoqorets”lə bacarmadı

blank
Müsahibə2024-04-16 08:00

Atanqana döyülməsini təkzib edir: “Komanda yoldaşlarımla aramızda heç bir problem yaşanmayıb”

blank
Dünya futbolu2024-04-16 01:35

“Valensiya”ya bir qol bəs etdi

blank
Dünya futbolu2024-04-16 01:16

“Çelsi”dən 6 cavabsız qol

blank
Dünya futbolu2024-04-16 00:51

Son gündə iki heç-heçə

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm