Dünya futbolu
“Liverpul” ÇL-də rekorda imza ata bilər
İngiltərənin “Liverpul” klubu UEFA Çempionlar Li…
İngiltərənin “Liverpul” klubu UEFA Çempionlar Liqasında yeni rekorda imza ata bilər.
Futbolinfo.az xəbər verir ki, bunun üçün sözügedən komandaya İtaliyanın “Roma” klubu ilə cavab yarımfinal matçında daha iki qol vurmaq lazımdı. Belə olan halda Liverpul təmsilçisi ÇL-də bir mövsüm ərzində vurulan qol sayında rekordçu olacaq.
Xatırladaq ki, Yurgen Kloppun yetirmələri bu mövsüm ÇL-də 44 qola imza atıb.
ÇL-də bir mövsüm ərzində vurulan qolların sayına görə rekord “Barselona”ya məxsusdu. Kataloniya təmsilçisi 1999/00 mövsümündə 45 qola imza atmışdı.