Ölkə futbolu
AFFA geri çəkildi: Uşaq liqalarında islahatlar başladı
Bu gün AFFA Klublar Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA Klublar Komitəsinin növbəti iclası keçirilir.
Futbolinfo.az xəbər verir ki, “Bulvar” otelində keçirilən iclasın gündəliyi da məlumdu. Gündəliyə 6 məsələ salınıb:
1. Baş katib Elxan Məmmədovun çıxışı;
2. Əvəzedici komandaların Birinci Divizionda iştiraklarının mümkünlüyünün müzakirəsi;
3. Uşaq liqalarında (U-10 – U-14) pley-off mərhələsində uduzan oyunçuların komandalarını dəyişmələrinin müzakirəsi;
4. U-15 və yuxarı liqa oyunlarının birləşməsi (Məqsəd xərclərin azaldılması);
5. U-10 – U-14 liqalarının final mərhələsinin keçirilmə sistemlərinin dəyişdirilmə ehtimalının müzakirəsi;
6. Digər məsələlər.
Qeyd edək ki, iclas saat 10:00-da "Neftçi"nin prezidenti Kamran Quliyevin sədrliyi ilə başlanıb. Onunla yanaşı, iclasda Rəmiş Malıyev ("Keşlə"), Riad Rəfiyev ("Sumqayıt"), Elnur Camalxanov ("Kəpəz"), Ramin Həsənov (Səbail), Asif Əsgərov ("Qarabağ") və Natiq İsmayılov ("Zirə") da iştirak edir. Yalnız "Qəbələ" nümayəndəsi hələlik iclasa qatılmayıb.