Ölkə futbolu
“Neftçi” uduzsa da, ikinci pillədəki mövqeyini qorudu
“Neftçi” PFK-nın U-17 komandası növbəti oyu…
“Neftçi” PFK-nın U-17 komandası növbəti oyununa çıxıb.
Futbolinfo.az xəbər verir ki, sözügedən komanda U-17 Liqasının 30-cu turunda "Keşlə”yə uduzub – 1:2. "Neftçi”nin qoluna İsmayıl Zülfüqarlı imza atıb.
Qeyd edək ki, bu, hazırda 61 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan komandanın 2018-ci ildə keçirdiyi 14 oyundakı ilk məğlubiyyətidi. Müşfiq Qənbərovun rəhbərlik etdiyi kollektiv bunadək 11 qələbə qazanıb, 2 görüşdə heç-heçə etmişdi.
Futbol Akademiyasının 15 və qızlardan ibarət 13 yaşadək futbolçuları da növbəti oyunlarını keçiriblər. Nəticələri təqdim edirik:
U-15 Liqası: "Səbail” – "Neftçi” 2:1
Qol: Altay Əbdülkərimov.
U-13 Qızlar Liqası: "Amasiya” – "Neftçi” 1:0