Dünya futbolu
İtaliya millisində yeni baş məşqçi
Futbol üzrə İtaliya millisinin yeni baş məşqçisi bəl…
Futbol üzrə İtaliya millisinin yeni baş məşqçisi bəlli olub.
Futbolinfo.az xəbər verir ki, “skuadra adzurra”nın “sükan"ı məşhur italiyalı mütəxəssis Roberto Mançiniyə həvalə ediləcək. Bu barədə məlumatı “Sky Sport İtalia” yayıb.
Xəbərdə federasiya rəsmiləri Alessandro Kostakurta və Qabriele Orialinin dünən axşam Romada Mançini ilə görüşdüyü qeyd edilib. Mütəxəssisin mayın 20-dən İtaliya millisinin “sükanı arxasına” keçəcəyi vurğulanıb.
Mançini hazırda Rusiyanın “Zenit” klubunu çalışdırır. Sankt-Peterburq təmsilçisinin bu anlaşmanın ardından mövsüm başa çatmamış italiyalı mütəxəssislə müqaviləyə xitam verəcəyi deyilir.
Xatırladaq ki, İtaliya yığması ötən il pley-offda İsveçə uduzaraq, mundiala qatılmaq şansını qaçırmış, bundan sonra baş məşqçi Campyero Ventura istefaya göndərilmişdi.