Bizi izləyin

Ölkə futbolu

Klublar Komitəsinin toplanma səbəbi: gərək var idimi?

AFFA-nın baş katibi Elxan Məmmədov Berti Foqtsdan ən azı dəqiql…

blank
AFFA-nın baş katibi Elxan Məmmədov Berti Foqtsdan ən azı dəqiqliyi öyrənib. Onun Klublar Komitəsinin bugünkü iclasına təyin olunan vaxtda çatması bunu sübut etdi. Saat 10.00-da baş katib konfrans zalına daxil oldu. Onu Premyer Liqanın 8 klubundan 7-sinin nümayəndəsi gözləyirdi.
 
15 dəqiqə gecikmə ilə iclas başladı. Sonuncu təmsilçi ilə əlaqə saxlanıldı, yubandığı aydınlaşdı və müzakirələrə start verildi. Lakin “Qəbələ” rəsmisi olmadan danışılanlar söz yığını idi. Axı, gündəlikdəki məsələlərdən 3-nü birbaşa bu klub təklif etmişdi.
 
“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov tədbirə qatılmamış jurnalistlərlə salamlaşdı və gecikməsinin üzrlü səbəbinin olduğunu, eyni zamanda ilk dəfə belə halın yaşandığını bildirdi, zarafatla bunu yazmamağımızı istədi. Lakin 38 dəqiqəlik yubanmanı gizlətmək fikrimiz yoxdu.
 
“Bulvar” otelində keçirilən iclasın gündəliyi zəngin idi.
 
1. Baş katib Elxan Məmmədovun çıxışı;
2. Əvəzedici komandaların Birinci Divizionda iştiraklarının mümkünlüyünün müzakirəsi;
3. Uşaq liqalarında (U-10 – U-14) pley-off mərhələsində uduzan oyunçuların komandalarını dəyişmələrinin müzakirəsi;
4. U-15 və yuxarı liqa oyunlarının birləşməsi (Məqsəd xərclərin azaldılması);
5. U-10 – U-14 liqalarının final mərhələsinin keçirilmə sistemlərinin dəyişdirilmə ehtimalının müzakirəsi;
6. Digər məsələlər.
 
2, 4 və 5-ci bəndlərin “Qəbələ”nin təklifi olduğunu nəzərə alsaq, “Uşaq liqalarında (U-10 – U-14) pley-off mərhələsində uduzan oyunçuların komandalarını dəyişmələrinin müzakirəsi” maddəsi başqa beyinin məhsulu idi.
 
“Neftçi”nin prezidenti Kamran Quliyevin sədrliyi ilə keçirilən tədbirə klublar yenə fərqli səlahiyyətə malik şəxslərlə təşrif buyurmuşdu. Rəmiş Malıyev ("Keşlə"), Riad Rəfiyev ("Sumqayıt"), Elnur Camalxanov ("Kəpəz"), Ramin Həsənov (Səbail), Asif Əsgərov ("Qarabağ") və Natiq İsmayılov ("Zirə") məsələlərə münasibət bildirmək üçün bir arada idi.
 
Klublar Komitəsi qərar verən qurum deyil, yalnız tövsiyyələrini çatdıra bilər. Lakin tədbirdən sonra Elxan Məmmədov bir sıra qərarların verildiyini xüsusi virğulamaqla komitənin gücünü böyütməyə çalışdı.
 
Katibin tədbirdə çıxışı təsadüfi deyildi və o, “qəbul edilən qərar”dan bəhs edərkən 80 min avroluq əməkdaşlığı nəzərdə tuturdu: “Bu gün bəzi məsələləri AFFA rəhbərliyi adından çatdırdım. Klublar fərdi şəkildə statistik məlumatlar alırlar. Təbii ki, buna görə pul xərcləyirlər. Biz də Klublar Komitəsinin müraciətinə baxaraq, mərkəzləşdirilmiş system şəklində “InStat” şirkəti ilə danışıqlar apardıq. İllik 80 min avroluq müqavilə imzaladıq. Artıq bütün klublara statistik məlumatları bu şirkət göndərəcək. Əlavə xərcə də ehtiyac olmayacaq. Hesabımıza görə, hər klub statistik məlumatlar üçün ildə təxminən 12-14 min avro arası pul xərcləyir. Bu statistik fitness və skaut sisteminin məlumatlarını əldə etmək üçündü. 80 min avroya bütün milli komandalar da daxil olub. Bizim üçün ən əsası, Gənclər Liqasının bütün statistik məlumatları ilə məşqçilərimiz təmin olunacaqlar. Düşünürəm ki, Çempionlar Liqasında iştirak edəcək Gənclər Liqasının qalibi üçün də bu amil çox vacibdi”.
 
Kəsəsi, AFFA 80 min avro xərci boynuna götürməklə 8 klubun təqribən 100 minlik xərcini üzərinə çəkdi. Milli komandaların da eyni probleminin bu şəkildə həll ediləcəyini nəzərə alsaq, addım alqışlanmalıdı. Pərakəndə fəaliyyətdənsə, vahid bazanın – həm də daha ucuz qiymətə – formalaşması müsbət amildi. AFFA həmin pulu maliyyələşdirdiyi 5 kluba onsuz da fərdi şəkildə ödəyirdi. İndi isə tam paketdən hamı razı qalmalıdı. AFFA maddi cəhətdən heç nə itirmədi, əvəzində 2 illik müqavilə üçün təşəkkür qazandı.
 
Bu xəbəri nəzərə almasaq, komitənin saat yarımlıq müzakirələrində yeni heç nə ortaya çıxmadı. Bəli, Kamran Quliyevin dediyi kimi, müzakirələr maraqlı olub, fikir mübadiləsi aparılıb, lakin yekun qərara gəlinməyib. AFFA İcraiyyə Komitəsinin mayın ilk yarısında baş tutacaq iclasında müəyyən tövsiyyələrə toxunulacaq, amma klublar arasında da bu məsələlərdə fikir yekdilliyi olmadığından, təsdiqi çətin görünür.
 
Əvəzedici komandaların I divizionda iştiraklarının mümkünlüyü hələ də açıq qalır. Daha öncə Peşəkar Futbol Liqasının da gündəmə gətirdiyi təklifə görə, əvəzedicilər ləğv olunmalı, Premyer Liqa klubları könüllü surətdə aşağı dəstəyə kollektiv buraxmalıdı. Eyni zamanda 3 daha yüksək yaşa malik futbolçunun Gənclər Liqasında iştirak edən komandalarda oynamasına icazə verilməlidi. Bu, sözügedən liqada rəqabətin artmasına, inkişafa səbəb olmalıdı. Bu liqadan qitəmiqyaslı yarışlara təmsilçimiz yollandığından, üstəlik, bu futbolçuların növbəti dayanacağı əsas komanda olacağından müzakirə başadüşüləndi.
 
Uşaq liqalarında (U-10 – U-14) pley-off mərhələsində uduzan oyunçuların komandalarını dəyişmələri isə razılaşdırılıb. Güman ki, bu təkliflə İcraiyyə Komitəsinə müraciət olacaq. Mübarizəni dayandıran komandaların istedadlı üzvlərinin başqa komandalara yerləşdirilməsi ilk baxışdan müsbət məqamdı. Lakin iş ondadı ki, hətta icarə qaydasında olsa da, bu futbolçuların gedişi keçmiş komandaları ilə bağlılıqlarının pozulmasına səbəb olacaq. Ondansa AFFA reqlamenti dəyişsə və hamıya mövsüm boyu oynamaq imkanı yaratsa, daha yaxşı olar. Axı, qurumun qeydiyyatında 100 mndən çox (!!! futbolçu var…
 
“U-15 və yuxarı liqa oyunlarının birləşməsi” kimi qələmə verilən bənd, əslində, düzgün ifadə edilməyib. Burada söhbət liqaların birləşdirilməsindən getmir. Quliyevin açıqlamasından anlaşıldı ki, bu təklif sadəcə, liqalarda oyunların eyni günə salınması ilə bağlıdı. Deyək ki, X komanda həm 15, həm də 17 yaşlılarını matça eyni avtobusla aparıb-gətirmək və bu səbəbdən matçların eyni gündə keçirilməsini istəyir. Məqsədin xərclərin azaldılması olduğu deyilərkən də bu amil nəzərdə tutulur.
 
Bəlkə də xərclərə böyük ölçüdə təsir etməyəcək, amma buna imkan varsa, niyə də reallaşmasın? Komitədəki müzakirələrdən sonra da hamı razılığını bildirib və hələlik 2 liqada bunun sınanması, eksperiment aparılması lazımlı sayılıb. Tədbirə qatılan uşaq departamentinin nümayəndəsi ilə məsləhətləşmələrdən sonra mövcud infrastrukturun buna imkan verdiyi dəqiqləşib. Lakin yenə də dəqiqləşmə aparılacaq.
 
Açıqlanan tövsiyyə/qərarlar bundan ibarətdi. Və qeyd edək ki, buna görə bu səviyyədə görüşə lüzum yox idi. Belə məsələlər müxtəlif komitələrdə  araşdırılmalıdı. Ondansa klub nümayəndələri çempionatın reqlamentini, rəqabəti artırmaq perspektivlərini müzakirə etsəydi, daha böyük iş görmüş olardılar.
 
FƏRİD
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-16 15:31

Boston marafonunda sensasiya olmadı

blank
Premyer-liqa2024-04-16 15:14

“Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı

blank
Digər idman növləri2024-04-16 14:58

Avropa çempionlarımız Vətənə qayıdıb

blank
Milli komanda2024-04-16 14:47

UEFA AFFA-nı cərimələdi

blank
Digər idman növləri2024-04-16 14:36

Olimpiadaya lisenziya qazanan yığmamız Vətənə dönüb

blank
Dünya futbolu2024-04-16 14:25

Dünya çempionu vəfat etdi

blank
Dünya futbolu2024-04-16 14:14

Musa Qurbanlı “Yurqorden”in U-21 komandasında qol vurdu

blank
Milli komanda2024-04-16 14:03

Millimizin Monteneqrodakı toplanışı üçün 20 oyunçu

blank
Milli komanda2024-04-16 13:52

Millimiz bu gün növbəti yoldaşlıq oyununu keçirəcək

blank
Ölkə futbolu2024-04-16 13:41

“Zirə”də oynamış futbolçu 35 yaşında vəfat etdi

blank
Dünya futbolu2024-04-16 13:30

Dadaşov üçün mövsüm erkən bitdi

blank
Ölkə futbolu2024-04-16 13:19

AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir

blank
Digər idman növləri2024-04-16 13:01

Makron Olimpiada üçün seçim edir

blank
Digər idman növləri2024-04-16 12:44

Sinner Madriddə oynayacağını təsdiq etdi

blank
Ölkə futbolu2024-04-16 12:27

Rəhbərsiz “Neftci”: qeyri-müəyyənlik davam edir

blank
Digər idman növləri2024-04-16 12:09

Nadal 680 gündən sonra yenidən kortda

blank
Digər idman növləri2024-04-16 11:55

Kanadalı hokkeyçi 21-ci əsrdə ilkə imza atdı

blank
Dünya futbolu2024-04-16 11:40

Zidan Riberi ilə birlikdə qayıdır

blank
Digər idman növləri2024-04-16 11:25

MBA-da rekord nəticə

blank
Digər idman növləri2024-04-16 11:10

ABŞ millisinin heyəti elan edildi

blank
Dünya futbolu2024-04-16 10:55

Ronaldo cəzalanacaq

blank
Digər idman növləri2024-04-16 10:38

İddiaçılar Turniri: Abasov yenə uduzdu

blank
Dünya futbolu2024-04-16 10:19

Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşir

blank
Digər2024-04-16 10:00

MİSLİ ilə qazan!

blank
I Liqa2024-04-16 09:45

“Mingəçevir” növbəti oyuna hazırlaşır – VİDEO

blank
Digər idman növləri2024-04-16 09:27

“Göyçay kuboku”nu sumqayıtlılar qazandı

blank
Ölkə futbolu2024-04-16 09:10

Lunyov “Qarabağ”dan ayrıla bilər

blank
Digər idman növləri2024-04-16 08:51

Atası Mariyanın yığmamızda çıxış etməsini istəyirmiş

blank
Ölkə futbolu2024-04-16 08:34

“Zirə” – Avropada 8-ci komanda

blank
Dünya futbolu2024-04-16 08:17

Hüseynovlu “Arda” “Ludoqorets”lə bacarmadı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm