Dünya futbolu
ÇL-də finalın adı: “Real” – “Liverpul”
Futbol üzrə Çempionlar Liqasında yarımfinal mərhələs…
Futbol üzrə Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, adını ilk olaraq finala yazdıran İspaniya çempionu “Real”ın rəqibi İtaliyada yerli “Roma” ilə İngiltərənin “Liverpul” klubu arasında baş tutan cavab oyununda müəyyənləşəcək.
Doğma meydanda rəqibini 5:2 hesabı ilə məğlub edən İngiltərə təmsilçisi finala daha yaxın idi. Amma “canavarlar”ın da asanlıqla təslim olmayacağı bəlliydi. Məsələ burasındadı ki, 1/4 finalda səfərdə İspaniya çempionu “Barselona”ya 1:4 hesabı ilə uduzan “Roma” doğma meydanda 3:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlmişdi. Bu üzdən də “canavarlar” ardıcıl ikinci möcüzəni gerçəkləşdirmək fikrindəydilər.
Amma onların bu arzusu gerçəkləşməyib. Düzdü, “Roma” sonda meydanı qələbə ilə tərk edib. Lakin bu qələbə “canavarlar”ın mərhələ keçməsi üçün yetərli olmayıb.
Xatırladaq ki, digər yarımfinal görşündə “Real” Almaniyanın “Bavariya” klubunu iki oyunun yekununa (2:1, 2:2) əsasən üstələyərək, finala yüksəlib.
Beləliklə, “Real” və “Liverpul” arasında baş tutacaq ÇL-in final matçı mayın 26-da Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək.
UEFA Çempionlar Liqası
Yarımfinalın cavab oyunu
2 may
“Roma” (İtaliya) – “Liverpul” (İngiltərə) 4:2
Qollar: Milner, 15-avtoqol. Dzeko, 52. Naynqolan, 86; 90+3-pen. – Mane, 9. Veynaldum, 26.
Baş hakim: Damir Skomina (Sloveniya)
Roma. “Olimpiko” stadionu.
İlk oyun – 2:5.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir