Dünya futbolu
Maldininin rekordunu təkrarladı – Ronaldo
İspaniya çempionu “Real”ın UEFA Çempionlar…
İspaniya çempionu “Real”ın UEFA Çempionlar Liqasının yarımfinalında Almaniyanın “Bavariya” klubunu mübarizədən kənarlaşdırmaqla (2:2, ilk oyun 2:1) finala yüksəlməsi Madrid təmsilçisinin ulduz futbolçusu Kristiano Ronaldo üçün də əlamətdar olub.
Futbolinfo.az xəbər verir ki, portuqaliyalı futbolçu “Milan”ın sabiq müdafiəçisi Paolo Maldininin rekordunu təkrarlayıb. Belə ki, italiyalı futbolçu 6 dəfə qitənin ən nüfuzlu klub turnirində final oynayıb. Artıq Ronaldo da bu baxımdan ona çatıb. Sadəcə, Maldini həmin finalların hamısında “Milan”ın şərəfini qoruyub. Ronaldo isə ÇL-in finalında iki dəfə (2008 və 2009-cu illərdə) İngiltərənin “Mançester Yunayted” klubunun formasını geyinib. Sonrakı finallarda isə (2014, 2016, 2017, 2018) artıq “Real”ın şərəfini qoruyub.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir