Ölkə futbolu
Dario təklif gözləyir: “Gedə bilərəm”
"Kəpəz"in braziliyalı legioneri Dario Federiko mövs&…
"Kəpəz"in braziliyalı legioneri Dario Federiko mövsümün sonunda komandadan ayrılacağı ilə bağlı xəbərlərə münasibət bildirib. Futbolinfo.az-a açıqlama verən vinger ölkəmizdə digər klublardan təklif almasına da aydınlıq gətirib:
"Mən də bu barədə eşitdim. Amma heç kim mənimlə danışmayıb. Azərbaycandan kənarda təkliflərim var. Gedə bilərəm. Amma mən istəyirəm ki, burada qalıb.Ümid edirəm ki, çempionatın sonuna kimi yaxşı təklif olacaq. Olmasa, digər ölkələrdəki təklifləri dəyərləndirəcəm".