Premyer-liqa
“Kəpəz”lə “Sumqayıt”ı azarkeşləri ziyana saldı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 25-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Qəbələ” – “Kəpəz” matçında “Kəpəz”in azarkeşləri olan sektorda oturacaqlar sındırılıb. Stadiona dəymiş ziyan əsasında “Qəbələ”nin təqdim edəcəyi hesab “Kəpəz” klubu tərəfindən ödənilsin.
“Sumqayıt” – “Səbail” matçının ikinci hissəsində “Sumqayıt”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin yarışında da 25-ci turun bir oyunu ilə bağlı qərar çıxarılıb. Belə ki, “Qəbələ” – “Kəpəz” matçında “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub. Oyunun 90+2-ci dəqiqəsində “Qəbələ”nin məşqçisi Vüqar Məmmədov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 400 manat cərimə olunub.