Ölkə futbolu
AFFA daha beş oyunla bağlı texniki məğlubiyyət qərarı verdi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında keçirilən müxtəlif çempionatlarla bağlı aşağıdakı qərarlar çıxarılıb:
Region Liqasının “Oğuz” – “Şəki” matçında "Oğuz" komandası iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
Region Liqasının “Oğuz” – “Şirvan” matçında hər iki komanda iştirak etmədiyinə görə hər iki kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-17 Liqasının “Neftçi” – “Keşlə” matçının 39-cu dəqiqəsində “Neftçi”nin futbolçusu Vüsal Ələsgərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
U-15 Liqasının “Zaqatala” – “İsgəndər Cavadov BFA” matçının 65-ci dəqiqəsində “Zaqatala”nın futbolçusu Fərda Qurbanova aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
Yüksək Qızlar Liqasının "Təhsil FM" – "Zaqatala" matçında "Zaqatala" komandası iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
Yüksək Qızlar Liqasının "Qubek" – "Fidan" matçında "Fidan" komandası iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal 3-cü dəfə təkrarlandığı üçün klub yarışlardan kənarlaşdırılıb.
Futzal üzrə Yüksək Liqanın 26-cı turunun “Marafon Futsal” – “Araz” matçının 18-ci dəqiqəsində “Araz”ınfutbolçusu Eduardo Borges kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. Oyunun 18-ci dəqiqəsində “Araz”ın futbolçusu Xətai Bağırov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. Oyunun 37-ci dəqiqəsində “Araz”ın futbolçusu İsa Atayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. Oyunun 40-cı dəqiqəsində “Araz”ın futbolçusu Rövşən Hüseynli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
Futzal üzrə Yüksək Liqanın 27-ci turunun “EKOL” – “Xəmsə” matçında "Xəmsə" komandası iştirak etmədiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir