Dünya futbolu
Paytaxt klubu azarkeşlərinin günahını “yudu” – FOTO
İtaliyanın “Roma” klubu azarkeşlərinin törətdiyi…
İtaliyanın “Roma” klubu azarkeşlərinin törətdiyi günahın məsuliyyətini hiss edir.
Futbolinfo.az xəbər verir ki, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində İngiltərənin “Liverpul” klubu ilə cavab qarşılaşmasına hazırlaşan “Roma” futbolçuları məşqə xüsusi formada çıxıblar. Formanın üzərində “İrəli, Şon” yazılıb.
Xatırladaq ki, “Liverpul”un 53 yaşlı azarkeşi Şon Kokus ilk oyundan əvvəl “Roma” azarkeşlərinin hücumuna məruz qalaraq, ağır zədə alıb. O, xəstəxanaya yerləşdirilib.
“Roma”nın 2 azarkeşinə qarşı isə bu hadisəyə görə ittiham irəli sürülüb və onlar məhkəmə qarşısında cavab verəcəklər.
“Roma” ilk qarşılaşmada “Liverpul”a 2:5 hesabı ilə məğlub olub. Cavab qarşılaşması bu gün keçiriləcək. Lakin maraqlıdı ki, italiyalı fanatlar cavab matçı öncəsi də Romaya gələn “Liverpul” fanatları ilə bir sıra qarşıdurmaya səbəb olublar.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir