Bizi izləyin

Ölkə futbolu

Avrokuboklara kim getsin? – SORĞU

Ölkəmizi avrokuboklarda təmsil edəcək bir klub bəllidi. &ldq…

blank
Ölkəmizi avrokuboklarda təmsil edəcək bir klub bəllidi. “Qəbələ”nin “Qarabağ”a qoşulması da an məsələsidi.
 
Avropa Liqasına digər 2 vəsiqəyə 4 namizəd var. “Sumqayıt”, “Neftçi” və “Zirə” buna çempionat yolu ilə nail ola bilərsə, “Keşlə”nin ümidi ölkə kubokunu qazanmağadı.
 
Bəs, kim ölkəmizi qitə kuboklarında təmsil etməyə layiqdi? Hansı klubumuzun bu vəsiqələrə sahib çıxması daha yaxşı perspektivə ümid etməyə imkan verir?
 
Futbolinfo.az bu suallla idman mediasına müraciət etdi.
 
Aydın Bağırov (qol.az): “Adları çəkilən klublardan heç biri hazırkı durumda Avroliqada 3 mərhələ adlamağa hazır deyillər. Bu mənada, onlardan hansınınsa bu il ölkə futboluna çox fayda verəcəyini düşünmürəm. Amma əminəm ki, "Sumqayıt"ın vəsiqə qazanması həmin şəhərdə futbola olan boyük marağın daha da artmasına kömək edəcək”.
 
Elnur Məmmədli (CBC Sport): “Bu məsələdə birmənalı şəkildə hər hansı fikir bildirmək çətindir. Kimsə deyə bilər ki, "Neftçi" köklü klubdur, Azərbaycan futbolunun tarixidir, amma o zaman biz "Keşlə", "Sumqayıt" və ya "Zirə"nin əməyinin üstündən xətt çəkmiş olarıq. Ona görə də hansı klub güclüdürsə, təbii ki, onun avrokuboklara vəsiqə qazanması  yaxşı olardı. Bu mübarizənin isə yalnız yaşıl meydanlarda getməsini arzulaya bilərik”.
 
Amal Abuşov (sport7.az): "Zirə" özü özünə quyu qazıb, vəziyyətini qəlizləşdirib. Amma çox istərdim ki, qəsəbə təmsilçisi Avropaya yollansın. Həm keçənilki təcrübə, həm də səviyyəli legionerlərin olması bu komandaya inamımı artırır. Təəssüf edirəm ki, bu ehtimal xeyli azdı. "Neftçi" Azərbaycan futbolunun tarixidi. Eşitdiyimə görə, AFFA rəhbərliyinin də "fətva"sı belə olub ki, "Neftçi" mütləq Avropaya getməlidi. "Sumqayıt" isə ilk gündən necədisə, indi də elədi – xırda maraqların komandası. Yayda baş məşqçisini və aparıcı üzvlərini itirəcək "Sumqayıt" Avropa Liqasında uzağı bir mərhələ keçə bilər. Deməli, onlardan çox şey gözləməyə dəyməz. "Keşlə"nin isə gələcəyi təkcə bizə yox, elə Zaur Axundova da qaranlıqdı”.
 
İxtiyar Əsgərov (apasport.az): “Düşünürəm ki, indiki məqamda “Neftçi”nin avrokuboklarda çıxış etməsi daha yaxşı olar. Çünki komandanın qitəmiqyaslı yarışlarda təcrübəsi var, təsadüfi deyil ki, ölkəmizi Avroliqanın qrup mərhələsində ilk dəfə məhz “ağ-qaralar” təmsil edib. Üstəlik, Tərlan Əhmədov amilini də unutmaq olmaz. Paytaxt təmsilçisi Əhmədovun başçılığı altında son vaxtlar yaxşı oyun nümayiş etdirir və çıxışını Avropada da davam etdirə bilər. Burda maddi məsələləri də nəzərə almalıyıq. Məsələn, “Keşlə”dən fərqli olaraq “Neftçi” Avrokuboklara daha yaxşı hazırlaşmaq, yeni transferlər etmək imkanına malikdi. Əgər “Neftçi” hansısa bir səbəbdən qitə yarışlarına yollana bilməsə, “Sumqayıt”ın digərlərindən daha yaxşı çıxış edəcəyini düşünürəm”.
 
Rəşad Ergün (komanda.az): "Sumqayıt"ı Avropa Liqasında görmək maraqlı olardi. Həm cari mövsümdəki cıxışına, həm də Sumqayıt kimi böyük şəhərin də avrokubok həyəcanını yaşaması baxımından “kimyaşılar”ı Avropada izləmək pis olmaz. Komandanın heyəti tamamilə yerli futbolçulardan təşkil olunub. Azərbaycanlı futbolçulardan ibarət komandanın gücünü görməyin nəyi pisdi ki? "Keslə"ni də Avroliqada görmək istərdim. Yuri Maksimov döyüşkən, əzmkar komanda formalaşdira bilib. Maksimovlu "Keşlə" "Zirə" və "Neftçi"dən daha çox layiqdi Avroliqaya”. Düzünü deyim, "Neftçi"nin qış fasilesindən sonra qələbələri siralaması da, "Zirə"nin bir oyunda olsun belə qələbə qazanmamasi da şübhəli görunur. Mənə görə, bu da vacib və gözardı edilməməli məqamdı”.
 
Elsevər Məmmədov (qafqazinfo.az): "Sumqayıt"ı mövsüm boyu göstərdiyi futbola və Samir Abasov kimi baş məşqçiyə görə avrokuboklarda görmək maraqlı olar. Həmçinin yerli futbolçulardan təşkil olunmuş bir komandanın qitə arenalarında çıxışı istənilən halda diqqət cəlb edəcək. Bəlkə də komanda çox irəliləyə bilməz. Amma "Sumqayıt" avrokuboklarda olmağa layiqdir. Digər klublardan təbii ki, "Neftçi"nin getməsini istəyirəm. Həm adına, həm də Avropa reytinqinə görə ölkəmiz üçün daha xeyrlidir. Lakin göstərdiyi futbolla yəqin ki, bir mərhələ keçməkdən artıq nəticəsi olmaz. Lakin "Sumqayıt" və "Neftçi"nin vəsiqə əldə etməsi daha məntiqəuyğundur”.
 
Şamo Quliyev (report.az): "Dörd klubun hər biri avrokuboklarda çıxış etməyə layiqdir. Mövsüm ərzində komandaların çıxışını ğöz önününə alaraq, bir xoşbəxtin "Sumqayıt" olmasını istərdim. Amma avrokuboka vəsiqə qazanmaq orada uğurlu çıxışa zəmanət vermir. Avrokuboklarda iki əsas məsələ var – klub ənənəsi və büdcə. Bu baxımdan "Neftçi"nin avrokuboklara düşməsini ölkə üçün daha yaxşı varinat hesab edirəm. Bu yay dünya çempionatı keçiriləcəyindən klubların avrokuboklara hazırlaşmaq üçün daha çox zamanı olacaq. "Neftçi" klub olaraq daha çox hazırdır. "Zirə" və "Keşlə"nin durumu göz önündədi, "Sumqayıt"ın sabah hansı durumda olacağı isə müəmmaldı".
 
Faiq Tahirov (futbolpress.az): “Keşlə”nin kubokda “Qəbələ” qarşısında şansının xeyli az olduğunu da nəzərə alsaq, əsas iddiaçılar digər 3 komandadı. Onların arasında “Neftçi” və “Sumqayıt”ın iştirakı daha faydalı olar. “Gənclik şəhəri” təmsilçisi bumövsümkü çıxışı ilə avrokuboku, bəlkə də, ən çox haqq edən kollektivdi. “Neftçi” isə xüsusən qışdan sonra pis günləri geridə qoyduğunu göstərdi. Avrokuboklarda iştirak bu komandanın güclənməsinə və növbəti mövsüm hətta “Qarabağ” və “Qəbələ” ilə rəqabətə qoşulacağına ümid yaradır. “Zirə”nin isə “ayılması” üçün bir mövsümlük məcburi istirahət gərəklidi”.
 
Ceyhun Rzayev (Xəzər TV): "Keşlə" maliyyə baxımından sabit klub deyil, gözünü AFFA-dan gələn ianəyə dikdiyi üçün yayda komandanı nələr gözlədiyini bilmirik. Məhz buna görə "Keşlə"ni "dördlük"də görmək istəməzdim. 2 vəsiqədən biri mütləq "Neftçi"yə qismət olmalıdı. Ölkənin ən köklü klubunu avrokuboklarsız təsəvvür etmək arzuolunmazdı. Ikinci klub məsələsinə gəlincə, əgər Samir Abasov növbəti mövsüm işini davam etdirəcəksə, "Sumqayıt", əks halda "Zirə" olsun”.
 
Ceyhun Əliyev (sport24.az): “Zənnimcə, “Sumqayıt” tarixi şansı əldən qaçırmayacaq. Samir Abasovun komandasının bürünc medal qazanacağını düşünürəm. Digər vəsiqəyə gəlincə, əksəriyyət 4-cü pillənin sahibinin Avropa Liqasına gedəcəyini düşünsə də, “Keşlə”nin Qəbələdən kubokla qayıdacağını proqnozlaşdırıram. Hələ ¼ finallardan sonra Yuri Maksimovun komandasının Avropa Liqasına yollanacağına dair yazı dərc etmişdik. İndi bu nəticədən “Keşlə”ni cəmi bir addım ayırır. Nəzəri cəhətdən 4-cü pillənin sahibinin də şansları qalmaqdadı və təqvimə əsasən bu pilləyə “Zirə”nin sahib çıxacağı mənə daha real görünür”.
 
Həbib Aslanov (Futbol+): “Məncə,”Nefci”ylə “Zirə”nin vəsiqə qazanması daha məqsədəuygun olar. Əvvəla, hər iki komandada oyun intizamı var və hücum futbolu oynayırlar ki, bu, faydalı ola bilər.Digər məqam müqavilə məsələsidi. Hər ikisinin aparıcı oyunçuları saxlamaq imkanı var, yəni özək qorunub saxlanılacaq. Hər gün büdcəsinin azalacagı deyilən,qeyri-müəyyənlik içində olan “Keslə”də mövsümün sonunda hansı qərarların veriləcəyi bilinmir. Heç şübhəsiz, bəziləri ilə yollar ayrılacaq, nisbətən güclü futbolçuların başqa komandalara keçmək ehtimalı var.Üstəlik, baş məşqçinin taleyi qaranlıqdı. “Sumqayıt”a gəlincə, bəli, oynadıqları futbol göz oxşayır. Amma içi baş meşqçisi qarışıq avrokubok təcrübələri yoxdu. Digər tərəfdən, bəzi vacib oyunçuların komandadan ayrılması mümkündü.Hətta bu, baş vermesə belə, yenilerə ehtiyac duyulur ki,onların gəlişi,uygunlaşması müeyyən vaxt aparacaq. Və bir mərhələnin keçilməsi bayram sayılacaq. “Neftçi”ylə “Zirə”nin avrokubok təcrubəsini nəzərə alsaq, onlardan gözləntilər daha çoxdu deyə, bir qədər artıq irəliləməklə olke reytinqinə xallar yazdıra bilərlər”.
 
Mirələm Həsənli (sportlife.az): “Fikrimcə, indiki durumda bizi Avropa Liqasında  "Neftçi" və "Sumqayıt"ın təmsil etməsi daha xeyirli olardı. "Sumqayıt" bu mövsüm fərqli oyun göstərməsiylə seçildi. Yerli futbolçulardan təşkil olunmuş bu kollektivi Avropada görmək maraqlı olardı. 2-3 səviyyəli transferlə komandanı daha da gücləndirib yaxşı nətiəcələr əldə edə bilərlər. "Neftçi"ni isə oyun baxımından daha çox fərqləndirərdim. Əgər ümumilikdə qiymət verəsi olsaq, "Neftçi" də 2 vəsiqədən birinə layiqdi. Təbii ki, heyətin gücləndirilməsi əsas şərtdi”.
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-21 23:44

Paytaxt klubunda gözlənilməz ayrılıq

blank
Digər idman növləri2024-05-21 23:29

Azərbaycanın iki güləşçisi Avropa çempionu oldu

blank
Digər idman növləri2024-05-21 23:00

Daha iki güləşçimiz AÇ-nin finalında

blank
Digər idman növləri2024-05-21 22:00

Bakıda voleybol məşqçiləri üçün növbəti beynəlxalq seminar

blank
AÇ-20242024-05-21 21:41

İngiltərə yığmasının AÇ üçün ilkin heyəti açıqlandı

blank
Ölkə futbolu2024-05-21 21:19

II Liqanın bombardiri təltif edildi

blank
Ölkə futbolu2024-05-21 20:58

Azərbaycan yığmasının üzvləri fəxri adla mükafatlandırılıblar

blank
Digər idman növləri2024-05-21 20:37

“Sağlam bədəndə sağlam ruh” devizi altında

blank
Milli komanda2024-05-21 20:19

Millimizə can atırdı, “Hamburq”la anlaşdı

blank
Ölkə futbolu2024-05-21 20:00

II Liqada mövsümə yekun vuruldu

blank
Digər idman növləri2024-05-21 19:33

Mehriban Əliyeva Hidayət Heydərovu təbrik edib

blank
Ölkə futbolu2024-05-21 19:00

“Mundialın Bakıda keçirilməsi hər kəs üçün sevindirici haldır”

blank
Ölkə futbolu2024-05-21 18:35

“DÇ-nin Bakıda keçirilməsi bizim üçün vacib məqamdır” – Orxan Məmmədov

blank
Ölkə futbolu2024-05-21 18:16

Bakıda təşkil olunacaq DÇ-2025-in təqdimat mərasimi keçirildi

blank
AÇ-20242024-05-21 17:53

Portuqaliyanın AÇ-2024 üçün yekun heyəti bəlli oldu

blank
Digər idman növləri2024-05-21 17:34

Səudiyyə Ərəbistanı qadın tennisçilərin də tərəfdaşı oldu

blank
Dünya futbolu2024-05-21 17:19

Məşhur futbolçu karyerasını başa vurur

blank
Digər idman növləri2024-05-21 17:04

Cüdoçumuz DÇ-də ilk sınağındaca uduzdu

blank
Digər idman növləri2024-05-21 16:50

“Ümid edirəm ki, Parisdə də yaxşı nəticələr əldə edəcəyik”

blank
Dünya futbolu2024-05-21 16:32

Tuhelin əvəzinə daha bir namizəd

blank
Digər idman növləri2024-05-21 16:15

Məhsuldarlığa görə MBA 1-ci, Avroliqa 9-cu oldu

blank
Ölkə futbolu2024-05-21 16:00

“Qarabağ”ın ÇL-in yeni mövsümünə 2-ci mərhələdən başlaması ehtimalı böyükdür” – Asif Əsgərov

blank
Digər idman növləri2024-05-21 15:40

Azərbaycan tennisçiləri Avropa birinciliyinə qatılacaqlar

blank
Digər idman növləri2024-05-21 15:21

Yığmamız Mərkəzi Asiyanın Açıq Çempionatında 4-cü oldu

blank
Dünya futbolu2024-05-21 15:04

“Sevilya” məşqçisini dəyişəcək

blank
Dünya futbolu2024-05-21 14:49

Emeri İngiltərədə ilin məşqçisi seçildi

blank
Milli komanda2024-05-21 14:35

Millimizin Albaniya və Qazaxıstanla oyunlarına təyinatlar açıqlandı

blank
Dünya futbolu2024-05-21 14:17

Potter yenidən “Brayton”da

blank
Ölkə futbolu2024-05-21 14:00

“Bundan sonra iki final oyunumuz var”

blank
Digər idman növləri2024-05-21 13:43

Azərbaycanın daha bir paraatleti Yaponiyada dünya çempionu oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm