Ölkə futbolu
AFFA İcraiyyə Komitəsinin iclasının gündəliyi açıqlandı
Mayın 11-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin n&…
Mayın 11-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
Futbolinfo.az xəbər verir ki, saat 10:00-da start götürəcək iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Topaz Premyer Liqası klublarının əvəzedici komandaları arasında keçirilən çempionatla bağlı Klublar Komitəsinin 01.05.2018-ci il tarixli iclasında klubların irəli sürdüyü təkliflərin müzakirəsi
2. Topaz Premyer Liqasında gənc futbolçularla bağlı limit
3. Lisenziyalaşdırma prosesi ilə bağlı məlumat
4. Digər məsələlər