Dünya futbolu
Ser Aleks əməliyyat olundu
İngiltərənin “Mançester Yunayted” klubunun sabiq…
İngiltərənin “Mançester Yunayted” klubunun sabiq baş məşqçisi Ser Aleks Ferquson xəstəxanaya yerləşdirilib.
Futbolinfo.az xəbər verir ki, əfsanəvi mütəxəssisin beyninə qan sızıb. Bu üzdən də o, dərhal əməliyyat olunub.
“Mançester Yunayted” klubunun yaydığı məlumata görə, əməliyyat uğurlu keçib. Amma 76 yaşlı şotlandiyalı mütəxəssis bir müddət reanimasiyada saxlanılacaq.
Xatırladaq ki, Ferquson 1986-2013-cü illər aralığında “Mançester Yunayted”in baş məşqçisi olub. “Qırmızı şeytanlar” əfsanəvi məşqçisinin rəhbərliyi altında 13 dəfə İngiltərə çempionu, 2 dəfə UEFA Çempionlar Liqasının, 5 dəfə Federasiya Kubokunun, 4 dəfə Liqa Kubokunun qalibi olub.
- I Liqa2024-05-17 08:00
“Şamaxı”… Qayıdır axı…
- Premyer-liqa2024-05-17 22:21
“Qarabağ” “Turan Tovuz”a qalib gəldi
- Ölkə futbolu2024-05-17 11:12
Vaqner Silva: “Avropada “Qarabağ”dan qorxurlar”
- Müsahibə2024-05-16 14:00
“Niderlandda gördüklərimizi həm akademiyamızda, həm də əsas komandamızda tətbiq etməyə çalışacağıq”