Dünya futbolu
“El klasiko”da bol qollu heç-heçə – VİDEOLAR
Futbol üzrə İspaniya La Liqasında 36-cı turun oyunları ke&cc…
Futbol üzrə İspaniya La Liqasında 36-cı turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, turun mərkəzi oyunu bazar günü baş tutub.
Bütün İspaniyanın diqqəti həftənin son günündə “Nou Kamp”a yönəlib. “El klasiko”da ölkənin iki nəhəng klubu – “Barselona” və “Real” üz-üzə gəlib. Bu qarşılaşma turnir cədvəli baxımından ciddi əhəmiyyət kəsb etmirdi. Belə ki, katalonlar artıq çempionluğunu rəsmiləşdirsə də, “kral klubu” ən yaxşı halda mövsümü ikinci pillədə başa vuracaq. Görüşü maraqlı edən yeganə nüans isə bu komandalar arasında olan tarixi rəqabət idi. Dörd qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib.
Madrid "Atletiko"su isə gözlənilmədən evdə "Espanyol"a uduzub.
İspaniya La Liqası
36-cı tur
4 may
Sevilya – Real Sosyedad 1:0
Qol: Baneqa, 47-pen.
5 may
Jirona – Eybar 1:4
Qol: Aday, 55 – Kike, 9; 38. Jordan, 80. İnui, 89.
Atletik – Betis 2:0
Qol: Muniain, 76. Aduris, 90.
Selta – Deportivo 1:1
Qol: Qomes, 13 – Peres, 90.
Vilyarreal – Valensiya 1:0
Qol: Qaspar, 86.
6 may
Malaqa – Alaves 0:3
Qol: Qarsiya, 3. Demiroviç, 68. İbai, 70.
Atletiko – Espanyol 0:2
Qol: Saviç, 53-avtoqol. Baptistao, 77.
Las-Palmas – Xetafe 0:1
Qol: A.Rodriqes, 88.
Barselona – Real 2:2
Qol: L.Suares, 10. Messi, 52 – Ronaldo, 14. Q.Beyl, 72.
7 may
23:00 Leqanes – Levante
–