Milli komanda
Rəqiblərimizin oyununda darmadağın
2000-ci il təvəllüdlü futbolçulardan ibarət yığm…
2000-ci il təvəllüdlü futbolçulardan ibarət yığma komandalar arasında Slovakiyada təşkil olunmuş “Slovakia Cup 2018” beynəlxalq turnirində ilk tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, Azərbaycanın U-18 yığmasının yer aldığı A qrupunda ilk turun digər oyununda meydan sahibi Slovakiya yığması Uelslə qarşılaşıb. Matç slovakiyalıların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, millimiz ilk turda Macarıstana 0:1 hesabı ilə uduzub. Bu gün – mayın 8-də Azərbaycan Uelslə, Slovakiya isə Macarıstanla qarşılaşacaq.