Dünya futbolu
“Slaviya” Muradovsuz yenə uduzdu
Futbol üzrə Çexiya yüksək liqasında mübarizə…
Futbol üzrə Çexiya yüksək liqasında mübarizə aparan klubların U-21 komandaları arasında təşkil olunan ölkə birinciliyində növbəti oyunlar keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Rövlan Muradovun formasını geyindiyi Praqa “Slaviya”sının gənclərdən ibarət kollektivi bu dəfə doğma meydanda “Trineç”lə qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Rövlan bu görüşün iştirakçısı olmayıb. Ötən tur zədə alan futbolçumuzun adı qarşılaşmanın iştirak ərizəsində də yer almayıb.
“Slaviya” hazırda 9 xalla 10 komanda arasında 5-ci pillədə qərarlaşıb.