Bizi izləyin

Ölkə futbolu

İK-da veteran yükü: Cavadov, Tuayev, Qurbanov və Sadıqov fərq yaratmalıdı

Mayın 11-də , AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin …

blank
Mayın 11-də , AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. Gündəliyi açıqlanan tədbirdə bir çox məsələlər müzakirə olunacaq, qərarlar qəbul olunacaq.
 
1. Topaz Premyer Liqası klublarının əvəzedici  komandaları arasında keçirilən çempionatla bağlı Klublar Komitəsinin 01.05.2018-ci il tarixli iclasında klubların irəli sürdüyü təkliflərin müzakirəsi
2. Topaz Premyer Liqasında gənc futbolçularla bağlı limit
3. Lisenziyalaşdırma prosesi ilə bağlı məlumat
4. Digər məsələlər
 
Əslində, bu tədbirdə milli çempionatın reqlametinin müzakirəsi daha çox tələb olunan məsələdi. Premyer Liqa ilə bağlı açıq qalan bir çox məqamlar var. Yeni mövsümdə neçə klubun çıxış edəcəyi hələ də bəlli deyil. AFFA-nın baş katibi Elxan Məmmədovun dedikləri hökm ola bilməz. Belə ki, ya komanda sayı artırılmalı, ya da həqiqətən 8 komandadan artıq iştirakçının çıxışı mümkün deyilsə, “Kəpəz” diviziona yollanmalı və onu bir başqası əvəz etməlidi.
 
Bəlkə də bu, adi prosedur olduğundan müzakirəsinə ehtiyac yoxdu. Lakin bəllidi ki, bununla bağlı ciddi suallar var və gəncəlilər hələ də elitada qalacağına ümid edir, stadionda yenidənqurma işləri başlanıb. Divizion klubları, xüsusi ilə qalib “Xəzər” isə güclülər arasında yer istəyir.
 
Düzdü, lisenziyalaşdırma prosesi ilə bağlı məlumat verilməsi planlaşdırılır. Amma bu, hələ qərar demək deyil.
 
Əlimizdə olan son məlumatlara görə, İcraiyyə Komitəsinin bəzi güzəştlər edə bilər. Vaxtilə “Rəvan”la bağlı məsələdə olduğu kimi, qurumun məsuliyyəti üzərinə götürərək lisenziya almasında problem olan bəzi komandalara “yaşıl işıq” yandırması mümkündü.  Elxan Məmmədov açıqlamasında buna görə nala-mıxa vururdu və o da yekun qərarı İK-nın verməsini gözləyir. Belədə istənilən qərarda məsuliyyət komitənin üzərində olacaq.
 
“Kəpəz” hər nə qədər AFFA-dan maliyyələşsə də, son vaxtlar Gəncənin hakim dairələri assosiasiyanı kluba yaxın buraxmır. Qurumun göndəriyi İslam Abbasov müqəvvaya çevrilib və klub idaretməsində əsas söz sahibi deyil. Şəhər rəhbərliyi kluba ayrılan maliyyəyə də nəzarət etməkdə israrlıdı və bu, qarşıdurma yaradıb. Bu səbəbdən “Kəpəz”in reqlamentə uyğun olaraq, Premyer Liqadan getməsi reallaşsa, təəccüblənməyə dəyməz.
 
Hadisələrin hansı axarla gedəcəyinin ssenarisi kabinetlərdə cızılır. Ona görə də hələlik qəti fikir bildirmək olmur. Divizion klublarındakı problemlərin hansı həddə olduğu, güzəştin mümkün olub-olmadığı da az sayda insana məlumdu. Lisenziyalaşdırma qrupunun verəcəyi məlumata ən operativ münasibət isə İK üzvlərindən asılıdı. Katibliyin hökmünü kəsmək bu ali qurumun əlindədi və məhz onların daha cəsarətli olması lazımdı.
 
Təbii ki, İcraiyyə Komitəsində əksəriyyət yalnız əl qaldırmaqla, baş katibin ssenarisinə razılıq verməklə məşğuldu. Futbolla ciddi bağlılığı olmayan bu insanlar təsadüf nəticəsində qurumdadı və onların futbol idarəetməsində elə bir rolu yoxdu. Elmar Məmmədyarov və ya Firudin Qurbanovu lisenziya prosesi yox, çalışdıqları nazirliklər maraqlandırır; Mahir Məmmədovun proseslərə hansısa təsir qüvvəsi yoxdu; 1-ci vitse-prezident Rauf Əliyev əyləncəli festivallarda açılış etməklə işini bitmiş sayır, onun bacarığı olsaydı, rəhbəri olduğu uşaq futbolu hazırkı bərbad durumda olmazdı; Elşad Nəsirov isə futboldakı klanının maraqlarının qoruyucusudu, onu inkişaf yox, monopoliyasının sabitliyi düşündürür.
 
Müzakirələrin gedişinə təsir imkanı olanlar futbol veteranlarıdı. İnsaf naminə, bu gün onların İK-da təmsilçilik sayı bütün dövrlərlə müqayisədə daha çoxdu. AFFA prezidentinin də daxil olduğu olduğu 11 üzvdən 4-ü sabiq futbolçudu ki, bu da qərarverici orqanın 40 faizə yaxını deməkdi. Daim futbol idarəçiliyində olan, əvvəllər yalnız futzalda, indi isə həm “Keşlə”də aktiv fəaliyyət göstərən Zaur Axundovu da islahatçı qrupun üzvü kimi göstərmək olar. Bu adamlar problemləri daha yaxşı bilir və doğru yolu müəyyənləşdirməkdə söz sahibi olmalıdılar.
 
Heç şübhə yox ki, İsgəndər Cavadov, Kazbek Tuayev, Qurban Qurbanov və Vaqif Sadıqov ölkə futbolundakı problemləri daha yaxşı bilməlidi. Və bu gün onlar bayraqdar olmalı, futbolun inkişafı, kütləviləşməsi, bölgələrə diqqət göstərilməsi üçün təşəbbüskar olmalıdılar. Ölkə çempionatında rəqabətin yüksəlməsi üçün onlardan təkliflər gözlənilir. Sabiq futbolçu kimi onlar aid olduqları sahənin durumunu daha yaxşı bilir və onlardan gözləntilər çoxdu. İllərdi kreslo zəbt edən bu insanlar ölkə futbolunun uçurumda olduğu, minimum həddə çatdığı bugünlərdə də səsini ucaltmayacaqsa, onlara güvənməyin faydası yoxdu.
 
Söhbət diviziondan neçə komandanı və ya komlərinsə yüksəlməsindən getmir. Futbolun kimlərinsə əlində alət olmasından, monopoliyasında qalmasndan, müəyyən dostlar qrupunun əlindən qurtarılmasından gedir. Silkələnmək, böhrandan çıxmaq, inkişaf etmək lazımdı. Əsas azarkeş kütləsi bölgələrdədi və top oyununun əyalətlərə yayılması, bir çox problemlərin həlli üçün söz sahibi olmaq gərəkdi. Baş katibin hörümçək torunu dağıtmaq zamanıdı.
 
CAVAD
Reklam

Reklam


blank
Digər idman növləri2024-05-19 17:39

Azərbaycan cüdoçularından DÇ-yə uğursuz start

blank
Digər idman növləri2024-05-19 17:20

“Gəncə”də yeni voleybolçu

blank
Dünya futbolu2024-05-19 17:00

“Yuventus”un müvəqqəti baş məşqçisi bəlli olub

blank
Əvəzedicilər2024-05-19 16:42

Əvəzedicilərin yarışında 35-ci turun təyinatları açıqlandı

blank
Dünya futbolu2024-05-19 16:25

Teves baş məşqçisi olduğu klubdan ayrıldı

blank
Digər idman növləri2024-05-19 16:06

“İlk qarşılaşmadan sonrakı yorğunluq sözünü dedi”

blank
Premyer-liqa2024-05-19 16:00

“Qəbələ” “Araz-Naxçıvan”a qarşı – YENİLƏNİR

blank
Digər idman növləri2024-05-19 15:49

Universitet tələbələri yarışdı

blank
Digər idman növləri2024-05-19 15:30

Sinner məşqlərə başladı

blank
Digər idman növləri2024-05-19 15:12

“Dream-team”in məşq yeri məlum oldu

blank
Digər idman növləri2024-05-19 14:55

Barselona 2025-ci ildə Avroliqanın mərkəzi ola bilər

blank
Digər idman növləri2024-05-19 14:37

“Maklaren” sürücüsü cərimələndi

blank
Ölkə futbolu2024-05-19 14:20

“Sabah”ın U-15 komandası Antalyada 4-cü oldu

blank
Digər idman növləri2024-05-19 14:05

Usik Holifildin rekordunu təkrarladı

blank
Digər idman növləri2024-05-19 13:51

Şvyontek 10-cu “Masters”ini qazandı

blank
Digər idman növləri2024-05-19 13:36

Azərbaycan kikboksçusu 11-ci dəfə Dünya Kubokunun qalibi oldu

blank
Digər idman növləri2024-05-19 13:28

MBA-da daha bir yarımfinalçı məlum oldu

blank
Digər idman növləri2024-05-19 13:16

Azərbaycan cüdoçularından Avropa Kubokunda 2 medal

blank
Digər idman növləri2024-05-19 12:54

Voleybol məşqçiləri üçün seminar keçirilib

blank
Digər idman növləri2024-05-19 12:35

Cüdoçularımız dünya çempionatında mübarizəyə başlayır

blank
Digər idman növləri2024-05-19 12:17

Bu gün final seriyasının ikinci oyunu keçiriləcək

blank
Digər idman növləri2024-05-19 11:56

Millimiz növbəti sınağına çıxır

blank
Dünya futbolu2024-05-19 11:49

Krivotsyukun komandası evdə xalsız qaldı

blank
Dünya futbolu2024-05-19 10:59

38-ci dəfə çempion oldular

blank
Ölkə futbolu2024-05-19 10:44

Mahirin 2024-cü ildə ilk oyunu

blank
Premyer-liqa2024-05-19 09:00

“Qəbələ” “Araz-Naxçıvan”a qarşı

blank
Ölkə futbolu2024-05-19 08:00

Hər şey son tura qaldı

blank
Dünya futbolu2024-05-19 02:09

“Alaves”ə bir qol bəs etdi

blank
Dünya futbolu2024-05-19 01:52

“Milan” səfərdə uduzdu

blank
Dünya futbolu2024-05-19 01:33

Bundesliqada mövsümə yekun vuruldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm