I Liqa
Birinci Divizionda 4 futbolçuya 3 oyunluq cəza
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 26-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Mil-Muğan” – “Şüvəlan” matçında 89-cu dəqiqəsində “Mil-Muğan”ın futbolçusu Elnur Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Turan Tovuz” – “Qaradağ Lökbatan” matçında “Turan Tovuz”un 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 89-cu dəqiqəsində “Qaradağ Lökbatan”ın futbolçusu Sabir Allahquliyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klubu 240 manat cərimə olunub.
“Xəzər” – “Zaqatala” matçının 82-ci dəqiqəsində “Zaqatala”nın futbolçusu Roini İsmayılov rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klubu 160 manat cərimə olunub. Oyunun 82-ci dəqiqəsində “Xəzər”in futbolçusu Tural Qürbətov rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klubu 160 manat cərimə olunub.
“Ağsu” – “Binə” matçında “Binə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 90+1-ci dəqiqəsində “Ağsu”nun futbolçusu Qalib Əmrahov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanıb, klubu 240 manat cərimə olunub.
- Müsahibə2024-05-23 08:00
Aleks Souza: “Menecerim danışmamağı tapşırıb”
- Ölkə futbolu2024-05-23 12:03
“Neftçi” daha bir legioner aldı: Anderssonun sözü ilə əməli üst-üstə düşmür
- Ölkə futbolu2024-05-23 08:32
“Yurqorden” Musanı icarəyə verəcək
- Müsahibə2024-05-24 08:00
Şahin Diniyev: “Qarşımıza avrokuboklara vəsiqə qazanmaq tapşırığı qoyulmamışdı”