Dünya futbolu
Premyer Liqanı tərk edən daha bir klub bəlli oldu
Futbol üzrə İngiltərə Premyer Liqasını tərk edən daha bir…
Futbol üzrə İngiltərə Premyer Liqasını tərk edən daha bir klubun adı bəlli olub.
Futbolinfo.az xəbər verir ki, “Vest Bromviç” elita ilə vidalaşmaq məcburiyyətində qalıb. Buna “Sauthempton”un 31-ci turdan təxirə salınmış oyunda “Suonsi Siti”yə 1:0 hesabıyla qalib gəlməsi səbəb olub. Məhz bu oyunun nəticəsindən sonra xallarının sayını 36-ya çatdıran “Sauthempton” Premyer Liqada qalmaq yolunda önəmli bir addım atıb. 33 xalla 18 pillədə qalan “Suonsi Siti” isə elitada qalmaq şansını möcüzəyə saxlayıb.
31 xala malik “Vest Bromviç”i isə heç möcüzə də xilas etməyəcək. Bu komanda elitanı tərk etməsi daha öncədən dəqiqləşən “Stok Siti”nin ardından elitanı tərk edən ikinci klub olub. 36 xala malik “Sauthempton”la “Haddersfild”in, eləcə də 31 xalı olan “Suonsi Siti”nin taleyinə isə son turun oyunları aydınlıq gətirəcək.