Ölkə futbolu
33-cü dəfə Argentina çempionu oldu
Futbol üzrə Argentina çempionatında mövsüm&uum…
Futbol üzrə Argentina çempionatında mövsümün qalibi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, doğma meydanda “Ximnasiya və Esqrima” ilə qarşılaşan “Boka Xuniors” 2:2 hesablı heç-heçə sayəsində çempionluğunu rəsmiləşdirib. Bu komanda sona bir tur qalmış 57 xala malikdi və ən yaxın izləyicisi “Qodoy Krus”u 4 xal qabaqlayır.
Qeyd edək ki, bu, “Boka Xuniors”un tarixində 33-cü ölkə çempionluğudu. Ardıcıl ikinci dəfə Argentina çempionu olan “Boka Xuniors” çempionluq sayına görə yalnız “River Pleyt”dən geri qalır – 36.