Ölkə futbolu
Şəhər rəhbərliyi işə qarışdı, AFFA geri çəkildi
Sumqayıtda yaşanan hərəkətlilik, yeri futbol ictimaiyyətinin AFF…
Sumqayıtda yaşanan hərəkətlilik, yeri futbol ictimaiyyətinin AFFA-nın davranışlarından narazılığı öz bəhrəsini verməkdədi.
Futbolinfo.az xəbər verir ki, AFFA tərəfindən kluba göstərilən təzyiqlər yerli futbol adamlarını və azarkeşlərini narazı salıb.
"Sumqayıt”ın Bakıdan idarə olunması, AFFA-nın bu komandadan öz məqsədləri üçün yararlanması "Gənclik şəhəri”ndə ciddi narazılıq doğurmuşdu. Müxtəlif kanallar vasitəsi ilə etirazlarını və "Sumqayıt”ın başına gətirilənləri şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcova çatdıran fanatlar etiraz aksiyalarına da hazırlaşırlar. Artıq onların bu etirazlarının ilk bəhrəsi də görünüb. Cənab Fərəcov məsələni nəzarətinə götürüb, "Sumqayıt”da baş verənlərlə yaxından maraqlanmağa başlayıb.
Hadisələrin bu cür gedişatı AFFA-nı, daha dəqiq desək, Elxan Məmmədovu geri addım atmağa məcbur edib. Mənbəmiz bildirir ki, məhz onun tapşırığı ilə Riad Rəfiyev Samir Abasovla görüşüb, ona maaşının bir-neçə dəfə artırılması şərti ilə yeni müqavilə təklif olunub. Tərəflərin yaxın günlərdə yeni iki illik müqavilə bağlaması ehtimal edilir.
Eləcə də AFFA-ya yaxın olan digər klublara "Sumqayıt”ın futbolçuları ilə aparılan danışıqları dayandırmaq tapşırılıb. Həmin futbolçular ilk növbədə hazırkı klubları ilə görüşüb, yeni müqavilənin şərtlərini razılaşdırmağa çalışacaqlar.
Sport7.az
- Premyer-liqa2024-05-17 22:21
“Qarabağ” “Turan Tovuz”a qalib gəldi
- Ölkə futbolu2024-05-17 11:12
Vaqner Silva: “Avropada “Qarabağ”dan qorxurlar”
- Ölkə futbolu2024-05-17 13:38
“Avropanı şoka salmalarına dəqiqələr çatmadı”
- Premyer-liqa2024-05-17 23:50
“Əcnəbi hakimlərinin dəvət olunmasını xoş qarşılamadım” – Qurban Qurbanov