Bizi izləyin

Ölkə futbolu

Joze Alesio: “30 illik karyeramda ilk dəfə bu cür vəziyyətlə qarşılaşdım”

Futzal üzrə Yüksək Liqanın başa çatmasına cəmi …

blank

Futzal üzrə Yüksək Liqanın başa çatmasına cəmi 1 tur qalıb. Amma “Araz” 4 tur əvvəldən çempionluğu təmin edib və ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək. 

Qalan oyunların komandası üçün formallığa çevrildiyinə görə, baş məşqçi Joze Alesio da Silva erkən istirahətə yollanmağa üstünlük verdi. Biz də braziliyalı mütəxəssislə vətəninə yollanmazdan əvvəl söhbətləşdik, həm Yüksək Liqa, həm də milli komanda haqda danışdıq. Beləliklə, milli komandanın və “Araz”ın baş məşqçisi Joze Alesio da Silvanın federasiyanın “Facebook” səhifəsinə müsahibəsini təqdim edirik:

– Mövsüm “Araz” üçün demək olar, başa çatıb. Qeyd etmək istədiyiniz məqamlar varmı?
– Çempion olduq, amma istədiyimizin hamısını həyata keçirə bilmədik. Əsas odu ki, işə başlamışıq, komandanın özəyini qurmuşuq, istəyirəm bu özəyi növbəti mövsüm üçün də qoruyaq. Çünki yenidən işə başlamaq, sıfırdan komanda qurmaq həm asan deyil, həm də tez vaxtda istədiyin effekti, nəticəni əldə edə bilmirsən. Bu gün bizim bazamız var, deməli, yeni mövsümdə daha yaxşı işlər qurmağımız üçün zəmin yaranıb. İşləməli, inkişaf etməliyik.

– Həyata keçirə bilmədiyiniz məqamlar hansılardı?
– Heyəti tam qura bilmədik. Boşluqlarımız var. Amma özəyimiz hazırdı. Həyata keçirə bilmədiklərimizi yeni çempionata qədər reallaşdıracağıq. 

– “Araz” yenə tək ayaqla çempion oldu?
– Rəqiblərimizə hörmətsizlik etmək istəmirəm. Bizim üçün birinci dövrə çox çətin keçdi. Çünki komandanı yeni qurmuşduq, heyətə dəvət edilən futzalçıların adaptasiyası və taktiki tapşırıqların mənimsənilməsi üçün zamana ehtiyac var idi. Üstəlik, “Araz”ı UEFA kubokunun oyunları gözləyirdi. Həmin vaxt çempionat oyunlarında çətinliklə üzləşirdik. Çempion olduqdan sonra isə komandanı qalan oyunlara motivasiya etmək çətinləşdi. 

– Heyətlə bağlı danışdınız, qan dəyişikliyinə ehtiyac duymursuz? 
– Əlbəttə, yeni oyunçular mütləq lazımdı. Sadəcə, baza heyətin olduğunu vurğuladım. Hardasa 6-7 vacib futzalçımız var. Ancaq 5-6 oyunçuya da ehtiyac var. Bu dəfə üstünlüyümüz onda olacaq ki, komandanı sıfırdan qurmayacağıq. Son 1 ildə gördüyümüzü işləri davam etdirəcəyik. 

– “Araz” mövsümün sonunda heç də xoş olmayan durumla diqqətləri cəlb etdi. Söhbət bir matçda 4 oyunçunun qırmızı vərəqə almasından gedir…
– Həmin oyunu derbi də adlandırmaq olardı. Bu cür qarşılaşmalar zamanı əsəblər tarıma çəkilir. İntizam qaydasındadı. Sadəcə, nə baş verdiyini anlamadıq. Açığı, 30 illik karyeramda ilk dəfə bu cür vəziyyətlə qarşılaşdım. Oyundan sonra paltardəyişmə otağında ciddi söhbətimiz oldu. Əlbəttə, səbəb nə olur-olsun, bu cür hallar yaşanmamalıdı. Həm də heyət üzvlərinə müəyyən qədər istirahət lazımdı. Çünki biz çempionat başladıqdan sonra, demək olar, dincəlmədik, Avropa çempionatına hazırlaşdıq. Ona görə də əsəblərin tarıma çəkilməsi normaldı. Digər tərəfdən razıyam ki, bir komandanın 4 futzalçısının bir oyunda qırmızı vərəqə alması futzalda nadir hadisədi. Belə məsələlərdə hakimlər də diqqətli olmalıdı. Bəzən oyunçulara zarafatla söz deyirlər, qarşılığı gəldikdə isə dərhal vərəqə göstərirlər. Halbuki intizamın qorunmasında hakimlər də kömək etməlidirlər. 

– Yeni transferlər Braziliyadan olacaq, yoxsa başqa göz altıladığınız oyunçular var?
– Hazırda əlimdə konkret siyahı yoxdu. Vaxtımız var, axtarışlarımız davam edəcək. Oyunçunun Braziliyadan, İrandan və ya Rusiyadan olması vacib deyil. Əsas onların komandamıza köməyinin dəyməsidi. 

– Milli komanda ilə bağlı planlar necədi? Çünki qarşıdakı 1 ildən artıq vaxtda milli komanda heç bir rəsmi oyunda iştirak etməyəcək. Yaranacaq boşluğu necə dolduracaqsız?
– Milli komanda ilə bağlı planımı federasiya rəhbərinə təqdim etmişəm. Bəli, rəsmi oyunlar yoxdu. Buna görə də avqustda yeni mövsüm başlayandan sonra il ərzində 3-4 dəfə toplanışılar keçirəcəyik, mümkün qədər beynəlxalq turnirlərə qatılacağıq. Ötən ilin dekabrında İranda belə bir turnir təşkil olunmuşdu. Bildiyimə görə, bu dəfə Qazaxıstan həmin yarışa ev sahibliyi edəcək. Alınsa, biz də gücümüzü sınamağa çalışacağıq.

– Yeni mövsümlə bağlı hansısa təklifiniz varmı?
– Başa çatmaqda olan çempionat bir qədər maraqlı keçdi. Əvvəlki illərdə ancaq EKOL və “Neftçi”nin varlığını hiss edirdin. Bu dəfə onlardan başqa “Marafon Futsal”, “İtaldizain Futsal”, “Yasamal” müqavimət göstərməyə çalışdılar. Məni narahat edən yerli gənc futzalçıların olmamasıdı. Komandalarin heyətlərində ən azı 2-3 gənc, yerli futzalçı oynamalıdı. Hətta bunu limit kimi də tətbiq etmək olar. Cari mövsümdə komandalar heyətlərinə kifayət qədər legioner cəlb etdilər. Məsələn, “Yasamal” yaxşı komandadı, ancaq heyətləri demək olar, iranlı legionerlərdən qurulub. “Marafon Futsal”da da həmçinin. Bu gün yerli oyunçularla bağlı problem var ki, bunu aradan qaldırmağa çalışmalıyıq. Klublar ikinci komandalarını yaratmalı, orada gənclərə şans verməlidi. Bununla bağlı klub rəhbərliyi ilə söhbətimiz olub. Elə etməliyik ki, ehtiyat komandadan 2-3 gənc oyunçunu əsas heyətə qazandıraq.

Reklam

Reklam


blank
Ölkə futbolu2024-05-19 10:44

Mahirin 2024-cü ildə ilk oyunu

blank
Premyer-liqa2024-05-19 09:00

“Qəbələ” “Araz-Naxçıvan”a qarşı

blank
Ölkə futbolu2024-05-19 08:00

Hər şey son tura qaldı

blank
Dünya futbolu2024-05-19 02:09

“Alaves”ə bir qol bəs etdi

blank
Dünya futbolu2024-05-19 01:52

“Milan” səfərdə uduzdu

blank
Dünya futbolu2024-05-19 01:33

Bundesliqada mövsümə yekun vuruldu

blank
Dünya futbolu2024-05-19 00:44

Renatlı “Hatayspor”dan “Beşiktaş”la məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-05-18 23:51

“NTD-İndiqo” üçüncü yeri tutdu

blank
Əvəzedicilər2024-05-18 23:25

“Qarabağ”ın əvəzediciləri darmadağına üzüldü

blank
Digər idman növləri2024-05-18 23:00

Azərbaycan yığması məğlub oldu

blank
Digər idman növləri2024-05-18 22:55

Azərbaycan gimnastları Neftçalada nümunəvi çıxışlar ediblər

blank
Digər idman növləri2024-05-18 22:44

Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurdular

blank
Ölkə futbolu2024-05-18 22:28

Yüksək Qızlar Liqasında mövsümə yekun vuruldu

blank
Premyer-liqa2024-05-18 21:50

“Bir nəfərin üstünə düşmək düzgün olmaz” – Samir Abasov

blank
Premyer-liqa2024-05-18 21:24

“Hər şey özümüzdən asılıdır” – Renduliç

blank
Premyer-liqa2024-05-18 21:11

“Layiqli qələbə qazandıq” – Bojoviç

blank
Premyer-liqa2024-05-18 21:06

“Mövsüm bizim üçün bitib” – Şahin Diniyev

blank
Premyer-liqa2024-05-18 20:57

“Sabah”dan inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2024-05-18 20:29

“Neftçi”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2024-05-18 20:14

“Kəpəz” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2024-05-18 19:55

Adil Şükürov: “Kişi kimi əllərini sıxıb təbrik etdim” – VİDEO

blank
Premyer-liqa2024-05-18 19:30

Rəşad Sadıqov: “Əcnəbilərin gəlişi bizim hakimlərin də xeyrinə olacaq” – VİDEO

blank
Premyer-liqa2024-05-18 18:58

“Neftçi”, “Zirə” və “Sabah”dan vacib qələbə

blank
Digər idman növləri2024-05-18 18:15

Azərbaycanın yunan-Roma güləşi millisi AÇ-də birinci oldu

blank
Digər idman növləri2024-05-18 18:00

Azərbaycan cüdoçularının DÇ-də rəqibləri müəyyənləşdi

blank
Dünya futbolu2024-05-18 17:40

“Sevilya” baş məşqçisi ilə yolları ayıracaq – RƏSMİ

blank
Dünya futbolu2024-05-18 17:22

“Mançester Siti”nin yarımmüdafiəçisi Premyer Liqanın ən yaxşı futbolçusu seçildi

blank
Dünya futbolu2024-05-18 17:01

İspaniyada mövsümün ən yaxşı gənc futbolçusu adına namizədlər açıqlandı

blank
Digər idman növləri2024-05-18 16:44

“Üçüncü dəfə dünya çempionu olduğum üçün qürur duyuram”

blank
Digər idman növləri2024-05-18 16:23

Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm